Mobil versiya
Məqamın mübarək, Yunus Oğuz!
Tarix: 14-01-2019 | Saat: 10:52
Bölmə:Ölkə | çapa göndər

Məqamın mübarək, Yunus Oğuz!


O, gələcəyin adamıdır- keçmişdən gələcəyə miras daşıyır...
Dərin zəkası var- nadir ərmağandır, ona da verilib...
Xoşbəxtdir- hər kəsin bilə bilmədiyi şeyləri bilir...
Məramı gözəldir- bunun üçün doğulub...
Səsi sarı rəngdədir, bu rəng müdriklərdə olur- həsəd apardım...
Yeddi rəngdən üçü ruhunda var, biri də olsaydı dərviş adlandırardım- bunu ariflər üçün dedim...
Hamı kimi onun da tərcümeyi halı var- axı demişdim- təcümeyi halı olmayan təkcə Allahdır....
O, 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə həmin universitetin fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və Hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib.
1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. 17 publisist və tarixi kitabın müəllifidir...
...O, hər adam üçün danışmır, onu anlayanlar anlayır, anlamayanları yorur...
Tarixi roman yazmaq yazıçıdan üç şeyi tələb edir- dərin zəka, ciddi araşdırma, düzgün dəyərləndirmə. Qalanı rəngdir...
Həmkarları keçmişdən yazıb bu günə təqdim edir, onun əsərləri isə gələcəkdə daha çox oxunacaq. Onu bu günkündən çox tanıyacaqlar...
Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma hər ağlı kəsən onu xalqın dostu kimi tanımalı, ehtiram göstərməlidir...
Dedikləri Quran ayəsi deyil, amma arxasıyca haqqı çəkən kəlmələrdir...
Düşünür, düşündürməyi də bacarır- ağıllı adamdır...
O, sıradan bir nəfər deyil- qənimət insanlardandır...
O, odur- Yunus peyğəmbərdən sonra yadda qalacaq üçüncü Yunus. Ortada Yunus İmrə də var. Oğuz isə onun təxəllüsüdür...
...Məqamın mübarək, Yunus Oğuz!...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024