Mobil versiya
“ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək
Tarix: 30-12-2015 | Saat: 16:14
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

“ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək
Xidmət məlumat yaydı.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində 31 dekabr – 4 yanvar tarixlərində qeyri-iş günü olacaq.

Bu barədə Aia.az-a “ASAN xidmət”dən bildirilib.

“5 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər”,- deyə Xidmətdən qeyd edilib.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024