Mobil versiya
Azərbaycanda su və kanalizasiya tarifləri bahalaşmayacaq
Tarix: 29-12-2015 | Saat: 17:00
Bölmə:Gündəm / İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


“Azərsu” rəsmisi məsələyə münasibət bildirib.

Bu gün su və kanalizasiya xidmətləri tariflərinə yenidən baxılması məsələsi gündəmdə deyil.

Aia.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, bu gün “Azərsu” ASC-nin qarşısında duran ən əsas məsələ itkilərin aşağı salınmasıdır:

“Bununla, rentabelli səviyyəyə çıxa bilərik. Məqsədimiz budur ki, “Azərsu” mənfəət əldə edə bilsin. Ötən dövrdə Bakı şəhəri və regionlarda gördüyümüz işlər görülüb. Bunların arasında şəbəkənin sağlamlaşdırılması, yeni xətlərin quraşdırılması və sair işləri sadalamaq olar. Rayon və şəhərlər üzrə itkilərin 15-20% aşağı salınmasına nail ola bilmişik. Bizim işimizi ən çox əngəlləyən primitiv üsullarla boru xətlərinin çəkilməsidir”.

Şöbə rəhbəri bildirib ki, “Azərsu“nun Bakıətrafı kənd və qəsəbələrdə itkiləri daha çoxdur.

O qeyd edib ki, yeni şəbəkənin quraşdırılması su itkilərinin minimuma endirilməsinə imkan verəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə