Mobil versiya
Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir
Tarix: 07-01-2019 | Saat: 16:39
Bölmə:Media | çapa göndər

Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir


2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert bildirib ki, 2016-ci illə müqayisədə 2017-ci ildə dünyada elektromobillər 70%-ə yaxın artıb:

“2017-ci ilə nisbətən 2018-ci ildə də bu avtomobil bazarında təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 milyona yaxın olub.

Elektromobil inqilabı artıq sərhədlərimizə də gəlib çatıb. Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb. Hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür. Rusiyada isə 1 elektrik stansiyasına orta hesabla 6 elektromobil düşür. Maraqlısı isə odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il öncə bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı. Bu o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq”.

İqtisadçı 2025-ci ildə elektromobillərin qiymətinin ənənəvi avtomobillərdən ucuz olacağını qeyd edib:

“Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, o zaman neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024