Ana Sayfa > Media > Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir
Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir7-01-2019, 16:39. Yazar: sevinc1 |
2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert bildirib ki, 2016-ci illə müqayisədə 2017-ci ildə dünyada elektromobillər 70%-ə yaxın artıb: “2017-ci ilə nisbətən 2018-ci ildə də bu avtomobil bazarında təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 milyona yaxın olub. Elektromobil inqilabı artıq sərhədlərimizə də gəlib çatıb. Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb. Hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür. Rusiyada isə 1 elektrik stansiyasına orta hesabla 6 elektromobil düşür. Maraqlısı isə odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il öncə bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı. Bu o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq”. İqtisadçı 2025-ci ildə elektromobillərin qiymətinin ənənəvi avtomobillərdən ucuz olacağını qeyd edib: “Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, o zaman neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”. aia.az Geri dön |