Bill Qeytsdən növbəti 20 illə bağlı ciddi xəbərdarlıq – Milyonlarla insanın həyatı dəyişə bilər
Tarix: 26-10-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin inkişafının qarşıdakı 20 ildə dünya iqtisadiyyatında və əmək bazarında böyük dəyişikliklərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
“Decoder” podkastında danışan milyarder bu dövrü ciddi sarsıntılarla müşayiət oluna biləcək keçid mərhələsi kimi qiymətləndirib.
“Ən böyük narahatlığım odur ki, bu, qaliblərin və məğlubların olacağı, çoxsaylı sarsıntıların yaşanacağı 20 illik keçid dövrüdür”, – deyə Qeyts bildirib.
Onun fikrincə, süni intellektin geniş tətbiqi bir çox peşəyə olan tələbatı dəyişdirə, yeni iş imkanları yarada və bəzi ənənəvi iş sahələrini zəiflədə bilər.
Qeyts hesab edir ki, dəyişikliklər yalnız texnologiya və iqtisadiyyatla məhdudlaşmayacaq, insanların cəmiyyətdəki roluna da təsir göstərəcək.
Bununla belə, o, bütün iş yerlərinin yox olacağını deyil, qarşıdakı illərdə mürəkkəb sosial və iqtisadi keçid dövrünün yaşana biləcəyini vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-10-2026