Mobil versiya
Bakıda evə basqın - Qadının əlini, ağzını bağlayaraq...
Tarix: 07-01-2019 | Saat: 10:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda evə basqın - Qadının əlini, ağzını bağlayaraq...



Bakıda qadının evinə basqın edilib.

aia.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, mənzil 40-da baş verib.

Həmin ünvanda yaşayan Mobilova Reyhan Nemətulla qızı evini satmaq üçün alqı-satqı ofisinə müraciət edib.

Yanvarın 6-da mənzilə gələn 3 nəfər naməlum şəxs özünü müştəri kimi təqdim edərək evə daxil olublar.

Daha sonra həmin şəxslər qadının əlini, ayağını və ağzını yapışqan kağızla bağlayaraq ondan pul tələb ediblər.

Həmin şəxslər qadının evdə olan 600 manatını və 180 manat dəyərində mobil telefonunu alaraq hadisə yerindən qaçıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024