5 gündə Bakı avtovağzalından neçə min sərnişin daşınıb?
Tarix: 03-01-2019 | Saat: 16:52
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və bayram günlərində – 28 dekabr tarixindən, 2 yanvar da daxil olmaqla, 70 mindən çox sərnişinin ölkədaxili və beynəlxalq səfəri təmin edilib.
Bu barədə Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.
Qurum rəsmisinin sözlərinə görə, gün ərzində sərnişinlərin daşınması üçün təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub:
"Respublikanın bütün bölgələrinə axın çox olub, amma Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib".
P.Məmmədova bildirib ki, ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub:
"Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub. Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi komissiya heç bir süni qiymət artımı aşkarlamayıb". (Trend)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu