Mobil versiya
Xalq artisti: “Özümü yaxşı hiss etməyə başlamışam”
Tarix: 03-01-2019 | Saat: 12:58
Bölmə:Gündəm | çapa göndər

Xalq artisti: “Özümü yaxşı hiss etməyə başlamışam”


“Şükürlər olsun ki, səhhətim get-gedə yaxşılaşır. Bir neçə gün bundan qabaq əməliyyat olundum. Ayağmda barmaq hissə kəsilib. Özümü yaxşı hiss etməyə başlamışam. Ümid edirəm ki, daha da yaxşı olacam”.

Bunu Modern.az-a açıqlamasında xalq artisti, aktyor Ramiz Əzizbəyli deyib.


O, hər kəsə təşəkkür etməyi də unutmayıb:


“Səhhətimdə yaranan problemə heç kim biganə qalmadı. Mədəniyyət Nazirliyi də köməklik etdi. Cənab prezident də çox sağ olsun ki, yardımını əsirgəmədi. Onlara təşəkkür edirəm”.

Xalq artisti yanına gələnlərdən də söz açıb:

“Bayram günlərində də ziyarətimə gələnlər çox oldu. Hər kəsə təşəkkür edirəm ki, məni unutmur. Vaxt tapan kimi yanıma gəlib mənə baş çəkirlər“.

Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024