“Ermənilər qəbiristanlığa gedənləri atəşə tutur” - İcra nümayəndəsi
Tarix: 27-12-2018 | Saat: 16:16
Bölmə:Karusel / Ölkə | çapa göndər
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb.
Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət edən Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub. Nəticədə yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib.
Ağdam rayonunun Əhmədağalı kənd icra nümayəndəsi Məhərrəm Quliyev Azvision.az -a bildirib ki, bu cür hallar tez-tez baş verir və əhali rahat şəkildə təsərrüfatla məşğu ola bilmir.
"Baş Qərvəndlə Mirəşelli kəndinin qəbiristanlığı birdir. Sakinlər qəbiristanlığa gedəndə Mirəşellidən keçirlər. Yaralanan xanım Baş Qərvənd sakinidir. O, yolu keçəndə erməni tərəfi atəşə tutub. Güllənin biri qadına dəyib. Düşmən tez-tez təxribata əl atır. Mirəşelli, Çıraqlı kəndlərinin sakinləri təsərrüfatla məşğul ola bilmirlər. Ermənlər mülki şəxsləri atəşə tutur, insanlara göz açmağa imkan vermirlər. Mütəmadi olaraq atəşkəsi pozurlar. Sakinləri sahədə işləməyə qoymurlar, güllələr yağdırırlar. Qəbiristanlığa gedən yollar risklidir. Heç kim təminat verə bilməz ki, ermənilər atmayacaq. İnsanlar əzizlərinin məzarlarını rahat ziyarət edə bilmirlər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu
15-11-2024