Azərbaycanda inşaat mühəndislərinin hazırlığı yüksək səviyyədə həyata keçirilir
Tarix: 27-12-2018 | Saat: 15:38
Bölmə:Manşet / Təhsil | çapa göndər
Azərbaycan Memarlıq və İnşaat Universiteti və universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kolleci bu sahədə aparıcı mövqeylərə malik olan təhsil müəssisələridir
Bu gün Azərbaycanda inşaat sektorunda çalışan mühəndis kadrlarının hazırlanmasından danışarkən təbii ki, ilk növbədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rolu qeyd olunmalıdır. Məhz bu ali təhsil müəssisəsi ölkəmizdə yüksək ixtisaslı peşəkar inşaat mühəndislərinin hazırlığını həyata keçirir. Eyni zamanda da müasir biliklərin praktiki və tətbiqi istifadəsi baxımından həmçinin kollec və orta ixtisas peşə məktəblərinin də xüsusi rolunu danmaq olmaz. Bu tip müəssisələr arasında isə, sözsüz ki, AzMİU-nin nəzdində fəaliyyət göstərən İnşaat Kolleci özünün effektiv fəaliyyəti ilə seçilir.
Zaqafqaziyada inşaat sahəsində ilk və yeganə ali təhsil müəssisəsi
AzMİU 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir. Universitet indiyə qədər 25 mindən çox yüksəkixtisaslı memar və inşaatçı-mühəndis hazırlamışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. Hazırda universitetdə mühəndis kadrlarının hazırlanması ilə 700 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Bunlardan 100 nəfərdən çoxu elmlər dokturu, professor, 400 nəfərdən çoxu elmlər namizədi, dosent və baş müəllimdir. Onlarla yanaşı respublika tikinti kompleksinin aparıcı mütəxəssisləri də tədris prosesinə cəlb edilmişdir. Universitetdə 42 kafedra fəaliyyət göstərir. Bunlar sosial-siyasi və humanitar, ümumi elmi, ümumi texniki və ixtisas kafedralarına bölünür. Universitetin maddi-texniki bazası ildən ilə möhkəmlənir. Hazırda ali məktəbin ümumi sahəsi 49000 kv.m olan 5 tədris korpusu vardır. Auditoriya fondunun genişlənməsilə bağlı bir çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunmuş, tədris və elmi tədqiqat laboratoriyaları yaradılmışdır. Universitetin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədovadır. Qeyd edək ki, Gülçöhrə xanım 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir. Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir. 1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir. 2000-2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 2006-cı ildə ona "Azərbaycan Respublikası Əməkdar Memarı" fəxri adı verilmişdir.
İnşaat Kollecində AzMİU-nin qabaqcıl təcrübəsindən səmərəli istifadə olunur
Artıq qeyd etdiyimiz kimi, AzMİU-nin nəzdində fəaliyyət göstərən İnşaat Kolleci bir çox özəllikləri ilə digər orta-ixtisas müəssisəlrindən seçilir. Yarandığı ilk gündən İnşaat Kollecinin rəhbərliyinin məqsədi təhsilin müasir standartlara uyğun təşkil olunmasına, mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Əlbəttə ki, kollecin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, təhsilin daha da inkişaf etdirilməsi baxımından Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi qabaqcıl ali təhsil ocağı ilə əməkdaşlıq çox böyük önəm kəsb edir. Buna görəd də İnşaat Kolleci həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələblərinə, AzMİU-nun qabaqcıl standartlarına uyğun qurmuşdur. İnşaat Kollecində hal-hazırda təhsil Azərbaycan dilində keçirilir. Tədris ili sentyabr ayın 15-dən iyul ayının 15-dək davam edir. Payız və yaz semestrləri arasında tələbələrinin tətil müddəti 14 günü əhatə edir. Kollecdə təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 4 il, tam orta təhsil bazasından qəbul olanlar üçün isə 3 ildir. Qiyabi bölmədə oxuyanların təhsil müddəti 3 il 10 ay və ya 4 ildir. İnşaat Kollecində Azərbaycan Memarlıq və İnşaat Universitetində olduğu kimi xüsusi qabiliyyət tələb edən fənlərdən hazırlıq kursları fəaliyyət göstərir.
Fənnlər müasir metodikalar əsasında tədris olunur
Hazırda İnşaat Kollecində Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri; İnformasiya texnologiyası sistemləri; Tikinti məmulatları və konstruksiyaları istehsalı; Nəqliyyat vasitələrinin təmiri və servisi; Dizayn; Bina və qurğuların tikintisi və istismarı; Qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı; Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları; Geodeziya və xərtiçilik kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi də yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Tam səmimi olaraq deyə bilərik ki, İnşaat Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Həmçinin İnşaat Kollecində olan ixtisasların tədris planları və fənn proqramları əsasən ali təhsil pilləsinin tədris plan və fənn proqramları ilə uyğunlaşdırıldığı üçün eyni ixtisas üzrə təhsilini ali məktəbdə davam etdirmək istəyənlərin bakalavr təhsil pilləsində daha yüksək nailiyyətlər əldə etmək imkanları yaranır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bır zəmanətdir.
Əlbəttə ki, bu gün İnşaat Kollecində müşahidə olunan inkişaf, tələbələrin ixtisas biliklərinə mükəmməl yiyələnmələri üçün tələb olunan şəraitin mövcudluğu, tədrisin yüksək səviyyədə təşkili və bir çox digər uğurlardan danışarkən, kollecin direktoru Namiq Ağamalıyevin bütün bu proseslərdə rolu xüsusilə qeyd olunmalıdır. Belə ki, artıq uzun müddətdən bəri bu orta-ixtisas təhsili müəssisəsinə rəhbərlik edən Namiq müəllim kollecin səmərəli fəaliyyətinin təmin olunması üçün hər zaman fədakarlıqla çalışmışdır. Bu gün İnşaat kollecində tələbələrin fərqli və daha effektiv təcrübə keçmə metodikasının tətbiqində, bu məqsədlə yerli və xarici şirkətlərlə əlaqələrin qurulmasında və digər bu kimi işlərdə də Namiq Ağamalıyevin böyük əməyi vardır.
Bu gün isə, İnşaat Kollecində qış semestr imtahanlarına hazırlıq işləri artıq uğurla başa çatmışdır. İnanırıq ki, hər zaman olduğu kimi kollecin tələbələri bu semestri də yüksək nəticələrlə başa vuracaqlar.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər