Mobil versiya
160-dək cinayətkar şəxs Azərbaycana ekstradisiya olunub - RƏSMİ
Tarix: 26-12-2018 | Saat: 17:04
Bölmə:Cəmiyyət | çapa göndər

160-dək cinayətkar şəxs Azərbaycana ekstradisiya olunub - RƏSMİ


Ədliyyə Nazirliyi 40-dan çox ikitərəfli müqavilənin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 32 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 16 çoxtərəfli konvensiya üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir. Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq bu il 19.000-ə çatmaqdadır.


Bu barədə Modern.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ekstradisiya sahəsində işin dairəsi də genişlənir. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Çin, İran, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Hindistan, həmçinin bu il Əlcəzair ilə bu sahədə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir.


Hətta İspaniya və Əlcəzair kimi uzaq dövlətlərdən cinayətkar şəxslərin ölkəmizə ekstradisiyası həyata keçirilib.


Son dövrlər ekstradisiya zamanı təslim edilən şəxslərin hüquqlarının qorunmasına, onların penitensiar müəssisələrdə saxlanma şəraitinin Avropa standartlarına uyğun təminatına və tibbi vəziyyətinə daim nəzarət olunmasına xüsusi diqqət yetirilir. Hətta bəzi dövlətlərdə şəxsin ekstradisiyası barədə qərarın onu qəbul edən dövlətdə saxlanma şəraiti ilə yerində tanış olunduqdan sonra verilməsi təcrübəsi mövcuddur.


Nazirlikdən bildirilib ki, ötən dövrdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin, tibb və digər təminatlarının yaxşılaşdırılması, səmərəli ictimai nəzarətin tətbiqi sahəsində məqsədyönlü tədbirlər görülür. Bu sahədə aparılan islahatların müsbət nəticəsidir ki, Almaniya tərəfi qeyd edilən praktikadan istifadə edərək Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəmizə gətirilib.


"Ümumiyyətlə isə, ötən 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024