Mobil versiya
Bakıda 8-ci sinifdə oxuyan qızı qaçırdılar - Atalığı ilə problemi varmış / Yenilənib
Tarix: 26-12-2018 | Saat: 15:42
Bölmə:Manşet / Təhsil | çapa göndər

Bakıda 8-ci sinifdə oxuyan qızı qaçırdılar - Atalığı ilə problemi varmış / Yenilənib



Bakının 230 nömrəli tam orta məktəb dərsdən sonra evə geri qayıtmadığı bildirilən şagirdi ilə bağlı məlumat yayıb.

Məktəbdən Trend-ə verilən məlumata görə, məktəbin "8 b" sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dekabrın 25-də V dərsin sonuna qədər məktəbdə olub. VI dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib. Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib:

"Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailədə problemlər var. Şagirdin ata və anası ayrılıb. Sonradan anası yenidən ailə qurub. Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib. Polisdən və valideynlərdən verilən məlumata əsasən, dünən şagirdlə bir neçə saat sonra əlaqə saxlayıblar".

* * *

Bakının Xəzər rayonunda səkkizinci sinifdə oxuyan qızı qaçırıblar.

BakuPost ölke.az-a istinadən xəbər verir ki, hadisə Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə baş verib. Bildirilir ki, iki ildir sözügedən məktəbdə oxuyan Şəfəq Məmmədovanın (ad və soyad şərtidir-İ.V.) atasıyla anası bir müddətdir ayrılıbmış. Qızın anası isə ikinci dəfə ailə qurubmuş. Ehtimal edilir ki, qızın atalığıyla münasibətlərində problem olub.

230 saylı orta məktəbin direktoru Təhmasib Məmiyev isə söhbətində bildirib ki, hadisə dərs zamanı baş verməyib:

"Faktı polis araşdırır. Amma mən sizə Baş Təhsil İdarəsinin icazəsi olmadan heç nə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, həmin uşaq dərsdən sonra qaçıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024