“Baku Medical Plaza” – yeni texnologiyaların tətbiqi davam edir
Tarix: 25-12-2018 | Saat: 15:27
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Bu il BMP-nın filial və şöbələrində bir sıra yeniliklərə imza atılmış, vacib nailiyyətlər əldə edilmişdir
Saytımızın ötən saylarında dərc etdiyimiz yazılarda biz Azərbaycanın aparıcı tibb müəssisələrindən biri olan “Baku Medical Plaza” klinikalar şəbəkəsi barədə ətraflı söhbət açmışdıq. Bu günkü materialda da biz mövzunu davam etdirərək, bu qabaqcıl müəssisənin fəaliyyəti, ötən müddət ərzində əldə olunmuş nailiyyətlərdən bəziləri barədə oxucularımıza məlumat vermək istəyirik.
DySIS Map unikal texnologiyası ilə uşaqlıq boynu xərçənginə son
Artı “Baku Medikal Plaza” (BMP) klinikalarında müasir “Luviva” aparatının və DySIS Map unikal texnologiyasının tətbiqinə başlanılıb. Bu texnologiyaların tətbiqi dünyada ən çox yayılmış xərçəng növü olan uşaqlıq boynu xərçənginin 2 ilə qədər erkən diaqnozunu təmin edir. Uşaqlıq boynu xərçəngi qadınlar arasında yayılmış ən ölümcül xərçəng növüdür və inkişaf etməkdə olan ölkələrdə artmaqdadır. Artıq standart ginekoloji müayinə zamanı uşaqlıq boynu xərçənginə çevrilmə riski daşıyan xərçəng hüceyrə dəyişikliklərini, 2 ilə qədər erkən mərhələlərdə 100 % aşkar etmək mümkündür. Nəticə cəmilər 80 saniyə ərzində əldə edilir. Luviva bütün uşaqlıq boynu toxumasını müayinə edərək, toxuma təbəqələrindəki anormal hüceyrə dəyişikliklərini təsbit edir. DySIS Map unikal texnologiyası isə bütün uşaqlıq boynunda yaranan patologiyanı ölçür və həkimlərə məlumatın tam və dəqiq xülasəsini bir xəritə şəklində təqdim edir.
Yeni texnologiyanın əsas üstünlüyü bundadır ki, bu üsul sağlam uşaqlıq boynu toxumasına sahib olan qadınların lazımsız kolposkopiya/biopsiya və cərrahi müdaxilələrə istiqamətləndirilməsinin qarşısını alır. Həmçinin bu, qeyri-invaziv, ağrısız və sürətli bir üsuldur və oxuma nümunəsi tələb etmədiyi üçün əlavə laboratoriya müayinəsinə ehtiyac olmur.
TAVİ BMP-nın Ürək Sağlamlıq Mərkəzində
Bu gün artıq “Baku Medical Plaza”nın Ürək sağlamlıq Mərkəzində mürəkkəb və çətin icra olunan ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı kəsiksiz və qapalı üsulla həyata keçirilir. Son illərdə qapaq xəstəliklərinin müalicəsində ölkəmizin kardiologiyası və ürək-damar cərrahiyyəsi ciddi nailiyyətlər əldə etmişdir. Qapaq xəstəliklərinin müalicəsində ən müasir nailiyyət ürək qapaqlarının kateter vasitəsilə, yəni ayaqdakı damardan 3-4 sm-lik kəsiklə girilərək protezləşdirilməsidir. Xüsusilə yaşlı və ciddi riskli xəstələrdə bu üsul effektiv bir üsul kimi qəbul olunur. Çünki bu xəstələrdə açıq üsulla əməliyyatın riski olduqca yüksəkdir. Bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb.
TAVI (Transcatheter Aortic Valve İmplantation) - kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi, yəni süni qapaqla dəyişdirilməsi əməliyyatıdır. TAVİ əməliyyatı ciddi riskli qapaq xəstələri üçün bir ümid yeri, həyat qurtarıcı alternativ bir üsuldur. Əməliyyat qasıq bölgəsindən 3-4 sm-lik kəsiklə bud arteriyasına girilərək həyata keçirilir. Ayaqdakı damardan girilərək aorta damarla ürəyin sol mədəciyi arasındakı qapaq süni qapaqla əvəz
olunur. Açıq ürək əməliyyatından fərqli olaraq TAVİ əməliyyatı zamanı ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmadan aparılır. TAVİ əməliyyatı xüsusilə yaşlı və ciddi riskli xəstələrə, həmçinin ağciyər, qaraciyər, böyrək funksiyaları pozulmuş yaşlı insanlara tətbiq olunur. Çünki bu xəstələrdə açıq metodla əməliyyatın riski olduqca yüksəkdir. TAVİ-nin klassik əməliyyatdan bir çox aşkar üstünlükləri vardır. Belə ki, əməliyyat müddəti qısa olur, əməliyyat kəsiksiz aparılır, döş qəfəsi açılmadığı üçün əməliyyatdan sonra sağalma müddəti qısa olur və xəstə qısa müddətdə klinikadan evə yazılır. Həmçinin bu üsulla əməliyyat olunmuş xəstələr evə yazıldıqdan sonra qısa müddətdə normal həyata qayıdırlar.
Uçaqlarımız sağlam olsun deyə...
Bu il “Baku Medical Plaza”nın pediatrları da öz pasientlərini mühüm bir yeniliklə sevindiriblər. Belə ki, mart ayından etibarən BMP-nın Babək filialında tam təşəkküllü “Uşaq Reanimasiyası və İntensiv Terapiya” şöbəsi quruldu və fəaliyyətə başladı. Bildiyimiz kimi, “Baku Medical Plaza”nın mütəxəssisləri uzun müddətdir ki, istər yenidoğulmuşların reanimasiyası, istərsə də pediatriyanın başqa sahələrində dünya standartlarına uyğun olaraq xidmət göstərirlər. BMP-nın fəaliyyəti müddətində buranın yüksək ixtisaslı həkimləri pediatriyanın bir çox yan sahələrini (kardiologiya, allerqologiya, nevrologiya, qastroenterologiya və s.) əhatə edərək, hər cür problemi olan uşaqların müalicəsini məharətlə təmin edirlər.
Bununla belə, Pediatrik stasionarda çox ağır vəziyyətdə olan uşaqlara xidmət göstərilməyinə baxmayaraq ciddi tənəffüs çatışmamazlığı və eyni zamanda başqa orqan yetməzliyi olan pasientlər üçün nəzərdə tutulan Uşaq Reanimasiyasının yoxluğu həmişə hiss olunub. Bunu nəzərə alaraq, ən son texnologiya ilə təchiz olunmuş, ən yaxşı mütəxəssisləri (xaricdə bu sahədə işləmiş və təcrübə almış) və tibbi personalı olan reanimasiya şöbəsinin qurulması “Baku Medical Plaza”nın rəhbərliyi qarşısında vacib məsələlərdən biri kimi durmuşdu. Nəhayət ki, bu məsələ də öz həllini tapdı. Artıq BMP-nın Babək filialında hər cür ağır prosedurların (hemofiltrasiya, plazmafarez, periton dializi, HFO, ventilyasiya və s.) yerinə yetirildiyi, 24/7 işləyən və güclü pediatrik komandası olan “Uşaq Reanimasiyası” insanların xidmətinə verilib. “Baku Medical Plaza”nın bu sahədə çalışan həkimləri isə, bundan sonra artıq hər bir uşağın sağlam bir şəkildə ailəsinə təhvil verməsi yönümündə daha yüksək əminliklə çalışa biləcəklər.
aia.az
Elbrus Bağırov
Abbas Abbasov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024