Mobil versiya
Mübariz Qurbanlı vətəndaşları qəbul edib
Tarix: 25-12-2018 | Saat: 14:45
Bölmə:Ölkə | çapa göndər

Mübariz Qurbanlı vətəndaşları qəbul edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib.

Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Mübariz Qurbanlı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.



Qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinləri də iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması məsələlərini qaldırıblar. Eyni zamanda, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə də baxılıb.



Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024