Gürcüstanda “donuz qripi” can aldı – Soydaşlarımızın vəziyyəti necədir?
Tarix: 25-12-2018 | Saat: 12:58
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Gürcüstanda H1N1 (“donuz qripi”) virusunun “A” növünə yoluxan bir xəstə dünyasını dəyişib. Həmin virusa yoluxmuş 53 yaşlı qadın Batumidəki xəstəxanaların birində ölüb. Xəstə tənəffüs yollarında yaranmış problemlə əlaqədar dekabrın 17-də Batumi Respublika Xəstəxanasına yerləşdirilmişdi.
Modern.az saytı məsələnin ciddiliyini nəzərə alaraq Gürcüstanla əlaqə saxlayıb. Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev saytımıza açıqlamasında deyib ki, məsələ tam nəzarətdədir.
“Virus barədə məlumatlıyıq. Təəssüf ki, dünən bir nəfər Gürcüstan vətəndaşı dünyasını dəyişib. Aidiyyatı üzrə qurumlar vətəndaşları maarifləndirməkdə davam edir. Azərbaycanlılar yaşayan bölgələrdə soydaşlarımız üçün hər hansı təhlükə yoxdur. Səhiyyə işçiləri məsələni diqqətdə saxlayır. Xəstəxanalara müraciət edənlərin sayı barədə ürəkaçan nəsə yoxdur. Çünki H1N1 virusuna yoluxanlar çoxdur. Çalışırıq ki, insanları məlumatlandıraq və virusun yayılmasının qarşısının alınmasında yardımçı olaq”
Qeyd edək ki, Gürcüstan İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, Acarıstanda laboratoriyada aparılmış yoxlama zamanı H1N1 virusuna yoluxma ilə əlaqədar 3 fakt qeydə alınıb. Virusa yoluxma halları ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı kəskin artıb.
H1N1 virusunun “A” qrip tipi daha çox yayılıb. Bu virus insanlarla yanaşı, bir çox heyvanlarda da aşkar edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024