Mobil versiya
Bilgəh Qocalar Evində böyük və mehriban bir ailə yaşayır
Tarix: 24-12-2018 | Saat: 15:33
Bölmə:Ölkə | çapa göndər

Bilgəh Qocalar Evində böyük və mehriban bir ailə yaşayır




Qətibə Əsədovanın qayğıkeş rəhbərliyi altında bu ailənin bütün üzvləri özlərini doğma insanların əhatəsindəki kimi hiss edirlər

Doğma ev

Bu gün Bakının Bilgəh qəsəbəsində, səfalı bir məkanda yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın sakinləri əsasən yaxın və doğmaları olmayan və ya onlardan imtina edilmiş insanlardır. Amma bu da var ki, əslində xalq arasında daha çox Bigəh qocalar evi kimi tanınan bu müəssisənin sakinlərinə kimsəsiz sözünü heç cür yaraşdırmaq olmur. Çünki bu qocalar evi ömrünün ahıl vaxtında, doğmalarından və ailə üzvlərindən qayğıya, qulluğa ehtiyacları olan bir vaxtda, müxtəlif səbəblərdən bütün bunlardan məhrum olmuş insanlar üçün sözün əsil mənasında doğma evə çevrilib. Bəzi qocalar isə deyirlər ki, bundan sonra bir neçə il belə yaşasalar, bu artıq onlar üçün bütöv bir ömrə dəyər. Bu pansionatda insanlar öz bildikləri, öz istədikləri kimi yaşaymaq imkanı əldə ediblər. Həm də bu insanlar müəssisənin direktoru Qətibə Əsədovaya da çox minnətdardırlar ki, dövlətimizin qayğısını daima onlara bariz şəkildə hiss etdirir. Buranın sakinləri artıq unudulmaq, biryolluq tərk edilmək, atılmaq qorxusunu unudaraq, özlərini qayğı əhatəsində, daimi olaraq gözəl yaşayış şəraiti, keyfiyyətli qidası, geyimi və tibbi xidmətləri olan doğma bir evdə hiss edirlər. Pansionatın 68 yaşlı bir sakini artıq 10 ildir ki, burada yaşayır. Övladları olsa da, sakit yaşamaq üçün burda qalmağa üstünlük verib: “Məni saxlamaq üçün gərək uşağın ayrı bir otağı olsun, uşaq işləsin, sonra məni saxlaya bilsin. Həm də mən sakitliyi sevirəm. Buradakı vəziyyətim çox yaxşıdır. Prezident nəzarətində yaşayırıq. Qətibə xanım bizə yaxşı baxır. Harada görsə, səhhətimizlə, yeməyimizlə maraqlanır...”



Dövlət qayğısı əsas göstəricidir

Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Əlilləri üçün Pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpusun açılışı olub. Hazırda pansionatda 175 ahıl, müharibə və əmək veteranı yaşayır. Bu insanlar tam dövlət qayğısı ilə əhatə olunub. Pansionatda artıq ahıl insanların öz təqaüdlərini rahat ala bilmələri üçün bankomat da quraşdırılıb. Dövlətimizin bu müəssisənin sakinlərinə göstərdiyi daimi diqqət və qayğdan danışarkən, əlbəttə ki, Heydər Əliyev Fondunun bu yönümdə fəaliyyəti də xüsusi vurğulanmalıdır. Belə ki, Fondun əməkdaşları müntəzəm olaraq uşaq evləri və internat məktəbləri ilə yanaşı, Bigəh Qocalar evində yaşayan ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanırlar. Amma təbii ki, son nəticədə Pansionat sakinlərinin rifahı, xoş güzəranları bu müəssisədə çalışan kollektivin və onlara rəhbərlik edən Qətibə Əsədovanın əməyilə, onların öz işlərinə vicdanlı və məsuliyyətli yanaşmaları ilə təmin olunur. Məhz bu baxımdan da Pansionatın sakinləri hər zaman onların qayğlarına qalan, onların nazlarını çəkən kollektivdən razılıq edirlər. Qocalar evinin 70 yaşlı bir sakini deyir ki, əvvəllər köhnə binada yaşayırmış: “Heç evdə belə yaxşı şəraitim yox idi. Hər gün isti suyum gəlir. Bir qədər pul yığmışdım ki, özümə ev alım, sonra gördüm puluma heç nə düşmür. Gedib özümə divan dəsti aldım. Bilirsiz, biz buraya gəlmişiksə, burada da öləcəyik. Heç olmasa, ömrümüzün axır günlərini yaxşı yaşayaq. Həyat çətindir. Xoşbəxtəm ki, buradayam...”



Qocalar evində bayram ab-havası

Ümumiyyətlə həm dövlətimizin, həm də ayrı-ayrı qurum və şəxslərin təşəbbüsü ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatda demək olar bütün bayramlarda xeyriyyə tədbirləri keçirilir. Pansionatda böyük konsert proqramları təşkil edilir və sakinlərə bayram sovqatları hədiyyə olunur. Bu gün də Bilgəh qocalar evinin sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını qarşılamağa hazırlaşırlar. Heç şübhəsiz bu il də Yeni ilin gəlişi burada böyük coşqu ilə qarşılanacaq. Buna görə də sakinlər yenə də təşkil olunacaq bayram konsertlərini və əlbəttə ki, bayram ərməğanlarını səbirsizliklə gözləyirlər.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024