Bakı Biznes və Kooperasiya Kolleci – müasir maddi-texniki baza tələbələrin ixtiyarındadır
Tarix: 24-12-2018 | Saat: 14:06
Bölmə:Manşet / Təhsil / Seçilənlər-9 | çapa göndər
Kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Fatima xanım Quliyeva kollecdə təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün bütün imkanları səfərbər edib
Bu gün hər hansı bir ölkədə iqtisadi inkişafa nail olmaq üçün bir çox digər amil və göstəricilərlə yanaşı, eyni zamanda bu sahə üzrə peşəkar mütəxəssislərin mövcud olması da zəruri şərtlərdən biridir. Təbii ki, Azərbaycanın təhsil sistemində aparıcı istiqamətlərdən biri kimi də məhz iqtisadiyyat üzrə ali və orta-ixtisas təhsil müəssisələrinin fəaliyyətini qeyd etmək olar. Həm də vurğulamaq lazımdır ki, müasir iqtisadiyyatın məhz praktiki və tətbiqi istifadəsi baxımından kollec və orta ixtisas peşə məktəblərinin xüsusi rolu vardır. Bu tip müəssisələr arasında isə, sözsüz ki, Bakı Biznes və Kooperasiya Kollecinin yeri xüsusilə qeyd olunmalıdır. Heç şübhəsiz Bakı Biznes və Kooperasiya Kolleci hazırda ölkədə fəaliyyət göstərən çoxsaylı kolleclər arasında lider mövqeylərə sahib olan təhsil müəssisələrindən biridir. Kollecin direktoru riyaziyyat üzrə fəlsəfə doktoru Fatima xanım Quliyevadır.
Qısa arayış:
Fatimə Ağayar qızı Quliyeva 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən Azərbaycan Kooperasiya Universitetində müəllim, baş müəllim, 2008-ci ildən “Marketinq və menecment” fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2011-ci ildə “iki tərtibli operator dəstəsinin məxsusi və qoşma elementlərinin tamlığının tədqiqi” mövzusunda elmi işi müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru adını almışdır. 6 kitab və tədris proqramının müəllifidir və 30 elmi əsəri respubilka və xarici ölkə jurnallarında dərc edilmişdir. 50-yə qədər elmi məqalənin müəllifidir. 2011-ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin direktorudur.
2014-cü ildə Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2016-cı ildı Rusiya Təbiət Elmləri Akademiyası alimlərin, müəllimlərin və mütəxəssislərin beynəlxalq assosiasiyası tərəfindən “LABORE ET SCENTİA” (“Əməyi və biliyi ilə”) ordeninə layiq görülmüşdür.
Fənnlər müasir metodikalar əsasında tədris olunur
Hazırda Bakı Biznes və Kooperasiya Kollecində Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Bank işi, Sığorta işi, Menecment, Gömrük işi, Marketinq, Bələdiyyə təsərrüfatlarının təşkili, Kommersiya, Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, İnformasiya texnologiyası sistemləri, Turizm və onun təşkili, Mehmanxana-turizm və sanatoriya-kurort komplekslərində iaşə və servis, İnformatika müəllimliyi, Turizm və onun təşkili kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi də yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Tam səmimi olaraq deyə bilərik ki, Bakı Biznes və Kooperasiya Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bır zəmanətdir. Xüsusilə qeyd olunmalıdır ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində fənnlərin tədrisi ilə 138 nəfər yüksək ixtisaslı müəllim məşğul olur ki, onlardan bir nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 9 nəfəri isə dissertantdır. Kollecdə qabaqcıl müəllimlərin təcrübəsindən geniş istifadə edilir, onların yaradıcı fəaliyyəti yüksək qiymətləndirilir.
Nəzəri biliklər seminarlarda möhkəmləndirilir
Bakı Biznes və Koopersiya Kollecində tətbiq olunan müasir tədris üsullarının daha bir göstəricisi də burada mütəmadi olaraq müxtəlif seminarların keçirilməsidir. Belə tədbirlərin gedişində tələbələr seçdikləri ixtisas üzrə çalışan peşəkar mütəxəssis və ekspertlərlə bilavasitə təmasda olur, onların təcrübələrindən bəhrələnmək imkanı əldə edirlər. Növbəti belə bir seminar da Bakı Biznes və Koopersiya Kollecində noyabr ayının 30-da keçirilmişdir. “Maliyyə işi”, “Bank işi” və “sığorta işi” ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “Bank Məhsulları və Bank Xidmətləri” mövzusunda seminarın qonağı isə “İnternational” Bank olmayan Kredit Təşkilatının Müşahidə Şurasının müşaviri, “Əmrah Bank” ASC-nin Strateji Planlaşdırmalar Şöbəsinin müdiri R.Z.Bayramov olmuşdur. Qonaq seminarda ölkəmizdə bank sektorunun durumu haqqında danışıb və bank fəaliyyətinin həyata keçirilməsi üçün bank və bank olmayan kredit təşkilatları tərəfindən təqdim edilən bank məhsulları və bank xidmətləri, onların forma və növləri haqqında kifayət qədər geniş məlumat vermişdir.
Perspektivlər genişlənir
Bu gün ölkənin digər ali və orta-ixtisas təhsil müəssisələrində olduğu kimi, Bakı Biznes və Kooperasiya Kollecində də qış imtahan semestrinə ciddi hazırlıqlar gedir. Bir tərəfdən tələbələr sessiya ərzində əldə etdikləri biliklərə nə dərəcədə sahibləndiklərini nümayiş etdirməyə hazırlaşır, digər tərəfdən isə, kollecin rəhbərliyi tərəfindən imtahanların hər zaman olduğu kimi obyektivlik və şəffaflıq şəraitində keçməsi üçün müvafiq tədbirlər görülür. Təqdirəlayiq haldır ki, kollecdə hər imtahan sessiyasından sonra şöbələr üzrə tədrisin vəziyyəti, nəticələri elmi-metodiki şuralarda, elmi-praktiki konfranslarda müzakirə olunur, çatışmazlıqlar araşdırılır, onların aradan qaldırılması üçün ixtisas müəllimlərinə müvafiq göstəriş və tövsiyyələr verilir. Bütün bunların nəticəsi olaraq, son illər ərzində bu təhsil ocağına ictimai maraq da xeyli artıb. Birmənalı olaraq qeyd etmək olar ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində tədrisin düzgün planlaşdırılması, tələbələrə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı, demokratik ab-hava, yaradılan yeni ixtisaslar kollecin inkişafını daha da sürətləndirib və təhsil ocağının tələbələri və məzunları qarşısında yeni-yeni perspektivlər açıb.
Azərbaycan Kooperasiya Universitetinin qabaqcıl təcrübəsindən səmərəli istifadə olunur
Məlum olduğu kimi, bu gün Bakı Biznes və Kooperasiya Kolleci ilə Azərbaycan Kooperasiya Universiteti (AKU) arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Əlbəttə ki, kollecin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, təhsilin daha da inkişaf etdirilməsi baxımından Azərbaycan Kooperasiya Universiteti kimi qabaqcıl ali təhsil ocağı ilə əməkdaşlıq çox böyük önəm kəsb edir. Qeyd edək ki, öz növbəsində AKU MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu ali təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun Qran-pri mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır. Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 20 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxivfəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris-köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir
aia.az
Elbrus Bağırov
Abbas Abbasov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər