Mobil versiya
Tərtər – “təmas xətti” amili inkişafı əngəlləyə bilməz
Tarix: 18-12-2018 | Saat: 12:41
Bölmə:Manşet / Ölkə / Seçilənlər-4 | çapa göndər

Tərtər – “təmas xətti” amili inkişafı əngəlləyə bilməz



İcra başçısının mütəmadi olaraq keçirdiyi səyyar qəbul-görüşlər problemlərin operativ həlli baxımından geniş imkanlar yaradır

Bu gün Azərbaycanda davamlı olaraq müşahidə olunan dinamik inkişaf, əsaslı quruculuq işləri bilavasitə cəbhə bölgəsində, hətta belə demək olarsa birbaşa ön xəttə yerləşən Tərtər rayonundan da yan keçmir. İşğalçı erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşməsinə rəğmən, Tərtər rayonu bu gün sürətlə inkişaf edir və ölkəmizin ümumi inkişafına dəyərli tövhələrini verir. Əlbəttə ki, mövcud şəraitdə bu rayonda gedən quruculuq işləri ilk növbədə yerli sakinlərin mübarizliyi, rəşadəti və öz torpaqlarına olan sonsuz məhəbbətləri hesabına həyata keçirilir. Eyni zamanda da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovun səmərəli idarəetmə təcrübəsi, onun müvafiq dövlət proqramlarının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə göstərdiyi səylər xüsusi olaraq qeyd olunmalıdır.

Tikinti-quruculuq və abadlıq işləri davam edir



Tərtər RİH-də oktyabr ayında keçirilmiş və rayonun iqtisadi inkişafı üzrə 2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında da vurğulanıb ki, tikinti-quruculuq və abadlıq işləri Tərtərdə cari ildə uğurla davam etdirilib. Belə ki, ilin 9 ayı ərzində 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 2726,4 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Bu dövrdə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində rayonun müvafiq struktur qurumları tərəfindən səmərəli tədbirlər həyata keçirilib.



Xüsusi olaraq vurğulamaq lazımdır ki, göstərilən dövr ərzində bilavasitə Tərtər şəhərinin inkişafı məsələsi də xüsusi diqqət mərkəzində olub. Belə ki, hesabat dövründə dövlət başçısının Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələri və giriş blokları əsaslı təmir olunub, həyətlərinə 48 min kvadratmetr asfalt örtüyü salınıb. Tərtər şəhərinin Nicat İsgəndərov, Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində abadlıq və yenidənqurma, Heydər Əliyev parkında əsaslı təmir işləri aparılıb. Şəhər 6 nömrəli tam orta məktəb əsaslı təmir olunub.



Bundan başqa Qazyan kənd ümumi orta məktəbinin binası, Seydimli kənd tam orta məktəbin bir korpusu, Qaradağlı kənd tam orta məktəbin 5 sinif otağı əsaslı təmir olunub, Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər istifadəyə verilib. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulub, Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən 21 kilometrlik hissəsinin əsaslı təmirinə başlanılıb. Hazırda Olimpiya İdman Kompleksinin, Xalça İstehsalı Emalatxanasının, Bayraq muzeyinin və 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir.

Yeni iş yerləri açılır, ümumi məhsul buraxılışının həcmi artır

Diqqətə latyiq haldır ki, 2018-ci ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışının həcmi 132,1 milyon manat olub. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 26 milyon 568,5 min manat investisiya yönəldilib. 363-ü daimi olmaqla, 2877 yeni iş yeri açılıb.



Təbii ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı xüsusi diqqət mərkəzindədir. Əminliklə demək olar ki, bu sahədə də tərtərlilər yüksək göstəricilərə nail olublar. Belə ki, ilin doqquz ayında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 54 milyon 465,5 manat təşkil edib. Onun 31 milyon 899 min manatı bitkiçilik, 22 milyon 566,4 manatı heyvandarlıq sahəsinin payına düşür. Cari ilin məhsulu üçün 26 min 108,5 hektar sahədə kənd təsərrüfatı bitkiləri, o cümlədən 11 min 725,9 hektarda dənli və dənli paxlalı, 5 min 603,9 hektarda texniki, 1 min 514,6 hektarda kartof, tərəvəz və bostan, 7 min 264,1 hektarda yem bitkiləri əkilib. Bu günədək 44 min 175,2 ton ton taxıl, 23 min ton şəkər çuğunduru, 3655,8 ton günəbaxan, 530,2 ton dən üçün qarğıdalı, 39,8 ton lobya, 70,9 ton noxud, 5,5 ton darı, 5 min 463,6 ton kartof, 12 min 230,8 ton tərəvəz, 3766,8 ton meyvə istehsal edilib. Həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq, rayonda pambıqçılıq və baramaçılıq inkişaf etdirilir. Belə ki, bu il Tərtərdə ötən illə müqayisədə 2,2 dəfə çox olmaqla, 10 min 228,3 kiloqram barama tədarük edilib, 3300 hektar sahədə pambıq becərilib.

İcra başçısının səyyar qəbul-görüşləri effektivliyi ilə seçilir




Aydındır ki, istənilən bir rayonda, xüsusən də düşmənlə təmas xəttində yerləşən bölgələrdə qarşıda duran vəzifələri uğurla həyata keçirmək üçün, ilk növbədə sadə vətəndaşların mövcud problemlərilə maraqlanmaq, onların həllinə çalışmaq və məhz bu yolla da rayonda əhali ilə icra strukturları arasında qarşılıqlı hörmət və etimad əsasında qurulmuş birliyə nail olmaq lazımdır. Birmənalı olaraq demək olar ki, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədovun da fəaliyyəti əsasən məhz bu prinsiplər üzərində qurulub. Belə ki, icra başçısı mütəmadi olaraq rayonun müxtəlif ərazilərində vətəndaşlarla görüşlər keçirir. Bu görüşlər zamanı vətəndaşların şikayət və təkliflərini dinlənilir, mövcud problemlərin operativ həlli üçün müvafiq tədbirlər görülür. Təkcə noyabr-dekabr ayları ərzində rayonun Ələsgərli, Poladlı, Ağkənd, Zolgəran, Güləbatlı, Qazyan kənd sakinləri ilə səyyar qəbul-görüşlər keçirilib. Sonuncu belə görüş isə dekabr ayının 14-də Qazyan kəndində baş tutmuşdur. Qeyd olunmalıdır ki, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin də iştirak etdiyi həmin görüşlər vətəndaşların qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli baxımından geniş imkanlar yaradır.



Heç şübhə etmirik ki, cənab Müstəqim Məmmədovun təcrübəli rəhbərliyi altında Tərtər rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək.

aia.az

Elbrus Bağırov
Abbas Abbasov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024