Mobil versiya
İŞİD liderindən yeni mesaj
Tarix: 27-12-2015 | Saat: 14:24
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

İŞİD liderindən yeni mesaj
Terrorçular ABŞ və Rusiyanı təhdid etdi.
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yeni səs yazısı yayılıb.

Aia.az-in məlumatına görə, Bağdadiyə aid olduğu iddia edilən səsli mesajda hava hücumlarının təşkilatı zəıflətmədiyi qeyd olunur.

İŞİD terror qruplaşmasının liderinin səs yazısı terrorçulara aid olan internet şəbəkələrində yayılıb. Mesajda həmçinin "İki cür də qazanacağıq: Ya cənnət, ya zəfər" deyilir. Daha sonra Əbu Bəkr əl-Bağdadi mesajda bu ifadələri işlədir:

"Allahın ona ibadət edənlərə zəfəri qazandıracağına əmin olun. Yaxşı xəbər budur ki, dövlətimiz yaxşı gedir. Ona qarşı döyüş sıxlaşdıqca, dövlətimiz daha da saflaşır və dayanıqlı hala gəlir".


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi

İŞİD davamçılarına qorxmamaları öyüdü verən lider "İki cür də qazanacağıq: Ya cənnət, ya zəfər" deyir". Mesajda ABŞ-ın liderliy etdiyi koalisiya və Rusiya təşkilatı hədəf aldıqları üçün təhdid də edilir.


Suriyaya nəzarət edən qruplar xəritədə

Bu arada İngiltərənin "IHS Janes" araşdırma mərkəzi İŞİD-in 2015-ci ildə Suriya və İraqda nəzarət etdiyi sahənin 14% kiçildiyini bildirib. Yanvar ayınadək 90 min kvadrat kilometrədən çox sahəyə hakim olan təşkilat, təxminən 12 min 800 kvadrat kilometr sahəni itirib. Hazırda İŞİD terror qruplaşmasının nəzarət etdiyi torpaqların böyüklüyü 78 min kvadrat kilometrdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024