Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR
Tarix: 11-12-2018 | Saat: 15:38
Bölmə:Ölkə | çapa göndər
“Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gercəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq Sürücülük Vəsiqəsinə malik olmağımız isə bu işdə bizə kömək edə bilər”.
Bunu Modern.az saytına açıqlamasında Baş Dövlət Yol Poisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev deyib.
R.Quliyev qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir.
“Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan Beynəlxalq Sürücülük Vəsiqəsi xarici dövlətlərdə avtomobil icarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir”.
R.Quliyev onu da bildirib ki, “Respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir.
“Dilimizdəki ə,ö,ü,ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən Beynəlxalq Sürücülük Vəsiqəsi latın qrafikası ilə, eyni zamanda ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə 8 dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq Sürücülük Vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır”.
Şöbə rəisinin sözlərinə görə, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3x4 ölcüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər.
Şöbə rəisi sonda qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunumur.
“Xarici dövlətlərə səfərlər zamanı Beynəlxalq Sürücülük Vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq və güvənlik verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu