Ucuz yarmarkanın real görüntüsü
Tarix: 26-12-2015 | Saat: 23:40
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
Yeni il qabağı Bakı və Sumqayıt şəhərlərində bayram yarmarkaları təşkil olunmuşdu. Qabaqcadan yarmarkanın ayın 26-sından 31-nə kimi keçiriləcəyi elan olunmuşdu. Manatın devalvasiyası ilə bağlı hər yerdə qiymət artımı müşahidə olunur. Bununla bağlı Yeni il qabağı vəziyyəti öyrənmək üçün əvvəlcə yarmarkaya, sonra isə bazara üz tutdum.
1 kq mandarin 1 manat və 70 qəpik , yerkökü 50 qəpik , kartof 60-70-90 qəpik, alma 50 qəpik və 1 manat arası, bibər 3 manat, xiyar 3 manat, pomidor 2 manat, qoz ləpəsi 10-11 manat, mal əti 5, qoyun əti 6 manat, ciyər 4 manat, kişmiş 7-8 manat, qaysı 10 manat, turşu 2-3 manat civarında idi.
Üz tutdum bazara . Yarmarkayla bazar arasında cüzi qiymət fərqi var idi. Bir az fərq ət məhsullarında hiss olunurdu. Belə ki, yarmarkada ətin 1 kq-mı 5-6 manat bazarda isə qoyun ətinin kilosu 10 manat, mal əti isə 7 manat idi. Bazarda kişmişin 1 kq-mı 4-5-6 manat, şabalıd 5-6 manat yarmarkada isə kişmişin 1 kq-mı 7-8 manat idi. Müşahidəmdən belə qənaətə gəldim ki, yarmarkaların təşkili sadəcə qulağa xoş gələn bir ifadədir. Cibə isə o qədər təsir eləmir.
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024