Mobil versiya
ATU rektoruna Abel Məhərrəmov tuneli göründü: qohumbazlıq, yeyinti və...
Tarix: 05-12-2018 | Saat: 13:43
Bölmə:Manşet / Təhsil | çapa göndər

ATU rektoruna Abel Məhərrəmov tuneli göründü: qohumbazlıq, yeyinti və...


Azərbaycan Texnologiya Universitetinin sabiq işçisi Azər Allahverdiyevin regionxeberleri.com-da dərc olunan məktubunda rektor Akif Süleymanov barəsində inanılmaz faktlaraçıqlanıb.

Prezidentə göndərilən şikayətdə A.Süleymanovu Bakı Dövlət Universitetinin eks-rektoru Abel Məhərrəmovdan geri qalmadığı vurğulanıb.

Akif Süleymanovun 5 illlik rektorluğu dönəmində ATU-da kollektiv darmadağın edildi, ziyalılar, nüfuzlu şəxslər universiteti tərk etmək məcburiyyətində qaldı.

Ona görə ki, o, ATU-da qısa müddət ərzində qohumbazlıq, dostluq, əqidə birliyi prinsipi əsasında kadr təyinatı həyata keçirməklə yanaşı, universitetdə avtoritar idarəçilik sistemi qurdu.

Nəticədə, dövlət büdcəsində ATU-ya ayrılan maliyyə vəsaitinin mənimsənilməsinə, qeyri-qanuni işlər aparılmasına rəvac verildi.

Maliyyə Nazirliyinin yoxlamasından sonra universitetin adı Korrupsiya İdarəsindən tutmuş, Gəncə Şəhər Ağır Cinayətlər üzrə məhkəməsinə kimi gəlib çıxdı.

Akif Süleymanovun rektorluğu dövrü ATU-nun kollektivi və tələbələri üçün ən ağır dönəmini yaşayır. Odur ki, Akif Süleymanov nə qədər vəzifəsindən azad olunmayıb, ATU heç nə əldə etməyəcək.

Sabiq müəllim rektorun vəziyyəti yaxşılaşdırmaq yerinə, professorları, dosentləri, texniki işçiləri, gəncləri ləkə vuraraq işdən azad etdiyini söyləyib.

Onları uzun müddət məhkəmə çəkişmələrinə, işsiz qalmalarına və bu istiqamətdə öz haqlarını bərpa etmək məcburiyyətinə saldı.

A.Allahverdiyev qeyd edib ki, onu işdən ləkələyib çıxaranda Etika Komissiyasına toplaşan həmkarları rektorun göstərişi ilə qərəzli mövqe nümayiş etdiriblər.

Onun sözlərinə görə, 17 oktyabrda baş prokurorun köməkçisi Nigar Talıblı, 13 noyabrda Gəncəninicra başçısı Niyazi Bayramovun qəbuluna gedib:

“Təhsil Nazirliyi, Milli Məclisin deputatları, digər dövlət məmurları ilə görüşlərim olub, ATU-nun rektoru Akif Süleymanov haqqında şikayətlərimi etmişəm.

Ümid edirəm ki, yaxın zamanlarda ATU-nun rektoru Akif Süleymanovprezidentin sərəncamı ilə işdən azad olunacaq”.

Mediada yayılmış məlumatda deyilir ki, ATU-nin rektoru Akif Süleymanov yeni rüşvət alma metodu tətbiq edib və ATU-də 300 manata diplom və 21 manat Həmkarlar İttifaqına, şəffaf rüşvətin dəyəri 220 000 manatdır.

Məlumatda iddia edilir ki, korrupsiyanın qapılarını tələbələrin üzünə açan rektor 2017-ci ilin bütün məzunlarından 300 manat diploma və 21 manat da Həmkarlar İttifaqına pul yığıb.

Akif Süleymanovun dövlət nişanlı 20 AA 520 nömrəli avtomobili məhkəmənin qarşısında dursa da, maşından yalnız Akif Süleymanovun "ŞOFERİ, CANGÜDƏNİ, KÖMƏKCİSİ, və Tədris üzrə PROREKTORU" Tağıyev Müzəffər Elxan oğlu düşür.

Məlumata görə, Müzəffər adlı şəxs Universitetdə bir neçə vəzifəni icra edir, hətta rektorun qəbuluna da ondan icazə alınmasa girmək müşkül məsələdir.

Texnologiya Universitetinin Rektoru Akif Süleymanov işə gəldikdə, ondan qabaq maşından düşərək universitetin ətrafındakı müəllim və tələbə heyətinə kənara çəkilin deyərək onlarla gobud danışan, şofer Müzəffər universitetdə əsas fiquraya çevrilib.

2016-cı ilin noyabr ayında Azərbaycan Texnologiya Universitetin giriş qapısına turniket quraşdırılması və qurulan turniket "kart" sistemi ilə işləməsi, kartların tələbələrə 5 manata, müəllimlərə 10 manata satılmasını müəllim və tələbə heyətindən korrupsiyaya yenidən yol açan rektoru çox çəkmədi ki, İcra hakimiyyətindən komissiya göndərilib müəllimlərin və tələbələrin pulları geri qaytarılır.

Bu hadisədən yəni korupsiyyadan yenidən yayınan rektor Akif Süleymanov hiyləgərlik edərək təlim tərbiyə işləri üzrə sabiq prorektor Aslan Abbasovun üzərinə ataraq ustalıqla korrupsiyadan yayındı.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024