Mobil versiya
Çaqqallar sakinə hücum etdi - XAÇMAZDA
Tarix: 03-12-2018 | Saat: 12:44
Bölmə:Cəmiyyət | çapa göndər

Çaqqallar sakinə hücum etdi - XAÇMAZDA


Xaçmaz rayonunda sakin çaqqalların hücuma məruz qalıb.



aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xaçmaz rayonu Balaqusar kənd sakini Məmmədov Elnur Ələsgər oğlu axşam işdən evə dönən zaman Seyidlər kəndi ərazisində çaqqal dəstəsi ilə üz-üzə gəlib. Əlində hər hansı bir müdafiə vasitəsi olmadığından çaqqallardan biri sakinin əlinin iki yerdən dişləyib.

Səs küydən sonra hücum edən çaqqallar qaçmağa başlayıb. Magistiral yola qayıdan sakin taksi ilə özünü Xudat şəhər mərkəzi xəstəxanasına çatdırıb. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

Xəstəxanadan aldığımız məlumata görə, sakində hər hansı quduzluq xəstəliyi aşkarlanmayıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024