Mobil versiya
Lənkəranski və “Lotu Quli”nin adamları arasında atışma - Avtoritet yaralandı
Tarix: 1-12-2018, 14:15 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

Lənkəranski və “Lotu Quli”nin adamları arasında atışma - Avtoritet yaralandı


Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində atışma olub.

aia.az-ın məlumatına görə İstanbuldakı mənbələrdən musavat.com-a verilən məlumata görə, hadisə mübahisə zəminində baş verib. Mənbə bildirir ki, "Əhmədli Ruslan” kimi tanınan "qanuni oğru” aldığı güllə yarasından sonra xəstəxanaya yerləşdirilib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı olduğu deyilir. Həm şəxsin Nicat adlı idmançı olduğu bildirilir.

Məlumata görə Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, oğru dünyasının əsas adamlarından olacaq. Kriminal aləmdə tanınmadığı, xüsusi çəkisi olmadığı deyilən birinin bu iddiaya düşməsi oğru aləmində xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş, oğru dünyasının avtoritetlərindən Ruslana həvalə edilib. Mənbə deyir ki, o, ötən gün Nicatı ofisinə çağıraraq, onunla söhbət edib. Hər iki azərbaycanlının söhbəti mübahisəyə çevrilib. Qaynağımız bildirir ki, bu zaman əsəblərinə hakim ola bilməyən Nicat, üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Güllələrdən birinin Ruslanın ayaq nahiyəsinə dəydiyi deyilir. Hadisə "Vadi İstanbul” deyilən ərazidə baş verib. Hazırda Ruslanın İstanbulun məşhur xəstəxanalarından birində müalicə aldığı bildirilir.

Hər iki şəxs vaxtilə mərhum Rövşən Lənkəranskinin yanında olublar. Rövşənin ölümündən sonra o çevrədən ayrılıblar. Mənbə bildirir ki, Nicat əslən cənub bölgəsindəndir. Ruslanın da həmin bölgədən olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilir.

2016-cı ilin yayında Rövşən Lənkəranski İstanbulda qanuni oğruların toplantısı keçirərkən "Ruslan Əhmədliyə "qanuni oğru” titulu verib, ona tac qoyma mərasimi keçirib.

Caninin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. O da bildirilir ki, Nicat boksçudu. Onun bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.

Son gəlişmələr haqda bilgi verməyə çalışacağıq.


Qatilin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. O da bildirilir ki, Nicat boksçudu. Onun bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.

aia.az



5274 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30