Rusiyada “Skype” və “Viber”ə rəqib yarandı
Tarix: 25-12-2015 | Saat: 14:29
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Rusiyanın MTC mobil operatoru səsli ünsiyyət və yazışma üçün özünün mobil əlavəsini istifadəyə verib
Aia.az-ın “hitech.vesti.ru” saytına istinadən verdiyi məlumata görə, yenilik “MTS Connect” adlanır. Xidmət “Wi-Fi” və mobil internetlə sərfəli zənglər etmək və məlumat mübadiləsi aparmağa imkan verəcək. Proqram artıq yükləmək üçün “Google Play” və “iTunes” online mağazalarında mövcuddur.
Zənglərdən əlavə, “MTS Connect” qrup halında çatları, müxtəlif növ faylların göndərilməsini, sosial şəbəkələrə xas olan statusların, avatar və şəkilləri yerləşdirilməsini dəstəkləyir. Abunəçi zəngləri Rusiyada etdikdə internet trafikinə görə pul ödəmir. Rouminqdədirsə, “Wi-Fi” şəbəkəsinə qoşulmaqla abunəçi Rusiyadakı qiymətlərdə pul ödəməli olur.
Hələlik “MTS Connect” ancaq paytaxt Moskva və Moskva vilayətinin abunəçiləri üçün istifadəyə verilib. Tezliklə mobil operator bu proqramı dəstəkləyən regionların sayını artırmaq niyyətindədir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024