Mobil versiya
İsmayıllı –meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir
Tarix: 28-11-2018 | Saat: 15:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

İsmayıllı –meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir


Ölkədə kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan rayon iqtisadiyyatının inkişafı üçün İsmayıllı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatının müxtəlif sahələrində yüksək göstəricilər təmin edilir



İlk növbədə qeyd etmək lazımdır ki, İsmayıllı rayonu ənənvi olaraq kənd təsərrüfatının taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük kimi sahələrinin inkişaf etdiyi bölgələrimizdəndir. Aydındır ki, bu sahələr üzrə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsitələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Bu baxımdan redaksiyamıza təqdim olunan açıqlamalardavurğulanır ki, Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir.Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.



Daşqın və sel sularına qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir

İsmayıllı rayonu ərazisindən keçən Göyçayçay, Girdimançay, Ağsuçay, Pirsaatçay və onların saysız-hesabsız qolları başlanğıcını rayonun şimalından: Baş Qafqazın Baş Suayrıcı silsiləsindən götürərək cənuba doğru dərin dərələrlə kəsərək geniş əraziləri əhatə edir. Əsasən yuxarı və orta axarlarında qar və yağış suları ilə, orta və aşağı axarlarında isə yağış və yeraltı sularla qidalanır. Çaylar Yuxarı Şirvan kanalı vasitəsi ilə Kür çayına qovuşaraq suvarmada geniş istifadə olunur. Yaz və payız aylarında daşqınlı və selli olur. Çaylarda əsasən yazda və payızda gursulu dövrlərdə daşqın və sel hadisəsinin baş verməsi nəticəsində, təsərrüfatlara böyük miqdarda ziyan dəymə ehtimalı yüksək olur. Məhz bu kimi halların qarşısının maksimum alınması üçünİsmayıllı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Belə ki, idarə tərəfindən təkcə 2018-ci ilin 9 ayında daşqın və sel sularına qarşı mübarizə məqsədilə buldozerlə 295 min kubmetr, ekskovatorla 178 min kubmetr torpaq işi görülmüşdür.



Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlər yüksək səviyyədədir

Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.Yenə də cari ilin ilk doqquz ayı ərzində idarə tərəfindən 30 ədəd hidrotexniki qurğu təmir olunmuş, suvarma sistemlərinin lildən təmizlənmə işləri həyata keçirilmişdir. Kənar təşkilatların köməyi ilə Girdimançay-Gəraybəyli D-530 mm diametrlik boru xəttinin 360/pm-i əsaslı təmir edilmiş, Talıstan və Diyallı kəndlərindəki nasos stansiyaları su qəbuledici hovuzlar əsaslı təmir olunmuşdur.

Təbii ki, bütün bunlar Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir və hər birimizdə bu səmərəliliyin gələcəkdə daha da artacağına möhkəm əminlik yaradır.



aia.az
Həsən Əsədov
Arzu Musayeva



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə