Mobil versiya
DİN və Ekologiya Nazirliyindən REYD: Şadlıq evinin sahibi cərimələndi
Tarix: 28-11-2018 | Saat: 14:53
Bölmə:Ölkə | çapa göndər

DİN və Ekologiya Nazirliyindən REYD: Şadlıq evinin sahibi cərimələndi



Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.



DİN mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə noyabrın 26-da Beyləqan rayonu ərazisində reyd keçiriblər.



Rayonun İmamverdilər kəndi ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi faktına görə orada fəaliyyət göstərən şadlıq evi və süd emalı sexinin sahibi T.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.



Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd emalı sexindən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün laboratoriyaya təhvil verilib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024