Mobil versiya
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI
Tarix: 28-11-2018 | Saat: 11:10
Bölmə:Təhsil | çapa göndər

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI


“Son illərdə ölkədə təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə edilir”.



Modern.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında hesabat çıxışı zamanı deyib.



Nazirin sözlərinə görə, 2017-2018-ci illərdə ölkənin ali təhsil müəssisələrində 76 ölkədən 5871 nəfər əcnəbi tələbə təhsil alıb.



Bu da əvvəlki tədris ili ilə müqayisədə 17 faiz artım deməkdir. C.Bayramov tədris şəraitinin yaxşılaşdırılması məqsədilə son beş ildə 500-dən çox məktəb binası və modul tipli məktəblər tikildiyini bildirib.



“Bu da 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşması deməkdir. Cari ilin sonuna qədər 817 yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılacaq”.



Nazir vurğulayıb ki, son illər kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 34 peşə təhsili bazasında 14 peşə təhsili mərkəzi yaradılıb.



“Son 2-3 il ərzində peşə məktəblərinə 4-5 qiymətləri ilə qəbul olanların sayı 3 dəfədən çox artıb. Ötən qurultaydan bu vaxta qədər 14 kollec birləşdirilərək 7 kollec yaradılıb, 6 kollec universitetlərin ixtiyarına verilib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5314 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}