Dövlət büdcəsinə yenidən baxıla bilər
Tarix: 25-12-2015 | Saat: 13:22
Bölmə:Gündəm / İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
“Müvafiq düzəlişlərin edilməsi məsələsinə baxılır”.
Manatın məzənnəsinin enməsi bilavasitə 2015-ci ilin dövlət büdcəsinin icrasına təsir göstərmir.
Aia.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib.
Maliyyə Nazirliyi dekabrın 21-də milli valyutanın xarici valyutalara nisbətdə 48%-lik devalvasiyasının gələn ilin büdcəsinə təsiri məsələsinə də münasibət bildirib.
“2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə xarici valyutada ifadə edilmiş büdcə xərclərinin hesablanması zamanı manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır”, - deyə məlumatda vurğulanıb.
Maliyyə Nazirliyindən o da bildirilib ki, bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.
Bildirilib ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması ehtimal edilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024