Gədəbəy təhsili – yeni tədris metodikaları uğurla tətbiq olunur
Tarix: 27-11-2018 | Saat: 11:16
Bölmə:Təhsil | çapa göndər
Peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində rayonun təhsil sahəsində nəzərə çarpacaq inkişafa nail olunmuşdur
Bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş sahələrdən biri də ölkənin təhsil sistemidir. Əminliklə demək olar ki, məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, xüsusilə son bir neçə ildə həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər üzrə Azərbaycan artıq bu gün hətta bəzi inkişaf etmiş ölkələri belə qabaqlayır. Qeyd olunmalıdır ki, hazırda ölkənin təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Gədəbəy rayonudur.
Bu gün Gədəbəy Rayon Təhsil Şöbəsinin tabeliyində 1 peşə təhsili, 55 tam orta, 18 ümumi orta və 10 ibtidai olmaqla 83 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar tədris və 8 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. 2017-2018-ci tədris ilində rayonun 83 ümumtəhsil məktəbində 10440 nəfər şagird təhsil almış, bunların təlim tərbiyəsi ilə 1570 nəfər müəllim məşğul olmuşdur. Gədəbəy RTŞ-nin müdiri Baxış Nağıyevdir.
Qısa arayış:
Nağıyev Baxış Nağı oğlu 1952-ci ildə Gədəbəy rayon Mor-Mor kəndində anadan olmuşdur. 1978-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1978 -1990-ci illərdə Gədəbəy rayon Hacılar kənd tam orta məktəbində müəllim işləmiş.1990-1995 ci illərdə “Bir May” sovxozunda direktor vəzifəsində işləmişdir.1995-2000-ci illərdə Azərbaycan müharibə veteranları və şəhid ailələri cəmiyyətinin şınıx zona şöbəsinin sədri olmuşdur. 2000-2003-cü illərdə Ş.Məmmədov adına Zamanlı kənd tam orta məktəbində müəllim işləmişdir. 2003-2013-cü illərdə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 2013 cü ilin oktyabr ayından etibarən Gədəbəy RTŞ-nin müdiri vəzifəsində işləyir.
Təhsilin inkişafına dövlət qayğısı yüksək səviyyədədir
Bu gün milli təhsilə dövlət qayğısının nəticəsidir ki, son illərdə təhsil sektorunun maliyyələşdirilməsi dinamik xətt üzrə inkişaf etmiş, təhsilə ayrılan büdcə vəsaiti xeyli dərəcədə artmışdır. İnkişaf proqramının reallaşdırılması nəticəsində, yeni məktəblər tikilir, mövcud məktəblər müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. O cümlədən, hazırda Gədəbəy rayonunda təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə irimiqyaslı dövlət tədbirləri həyata keçirilir. Bu barədə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev 12 sentyabr 2018-ci il tarixdə Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində keçirilmiş rayon müəllimlərinin ənənəvi sentyabr konfransında “2017-2018-ci illərin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda etdiyi çıxışında bəhs etmişdir. Öz çıxışında məruzəçi Gədəbəy təhsilinin son illər yüksək nailiyyətlər əldə etdiyini da vurğulamışdır. Qeyd etmək lazımdır ki, hazırda rayonun Dördlər, Talakənd, Əyrəvəng kəndlərində yeni modul tipli məktəb binası tikilir.
Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı artır
Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Gədəbəy rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində Gədəbəy təhsili nəzərə çarpacaq inkişafa nail olmuşdur.
2017-2018-ci tədris ilinin yekunları olaraq Gədəbəy məktəblərində XI sinfi bitirən 731 nəfər şagirddən tələbə adını almaq üçün 468 nəfər abituriyent ali məktəblərə sənəd vermiş, onlardan 228 nəfəri tələbə adına layiq görülmüşdür. Sevindirici haldır ki, 54 nəfər abituriyent 500-dən çox, 24 nəfər isə 600-dən çox bal toplayıb. Vətənpərvərlik sahəsində aparılan işlərin nəticəsidir ki, bu il ali hərbi məktəbə 9 nəfər qəbul olmuşdur. Çalburun kənd tam orta məktəbinin məzunu İbrahimov Fərid Oktay oğlu ən yüksək nəticə – 682 bal toplayaraq Tibb universitetinin müalicə işi fakultəsinə qəbul olmuşdur.
Heç şübhəsiz bu gün Gədəbəy təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən Rayon təhsil şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Baxış Nağıyev dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün formada təşkil edib. Əminliklə demək olar ki, bu tədris ilində də Baxış Nağıyevin rəhbərliyi altında Gədəbəy RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.
aia.az
Həsən Osmanov
Aynur vahabova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər