Qış turizmi ilə bağlı TƏKLİF: “Bu rayonda əsrarəngiz şərait var”
Tarix: 24-11-2018 | Saat: 14:29
Bölmə:Ölkə | çapa göndər
“Azərbaycanda qış turizmi yüksək səviyyədə təşkil olunub, beynəlxalq standartlara tam şəkildə cavab verən turistik məkanlar fəaliyyət göstərir”.
Bunu Modern.az-a ölkəmizdə qış turizminin hazırkı durumu, problem və çatışmazlıqları haqqında danışarkən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov söyləyib. O qeyd edib ki, Qəbələ və Qusar rayonları ərazisində qış turizminə maraq göstərən turistlər üçün yüksək səviyyəli şərait yaradılıb:
“Təbii ki, insanlar daha aşağı qiymətə daha yaxşı xidmət göstərilməsini tələb edirlər. Bu da zaman-zaman qış turizmi ilə məşğul olan obyektlərdə qiymətlərin yüksək olduğu fikirlərinin səsləndirilməsinə səbəb olur. Hər bir turistin, qonağın aldığı xidmətə uyğun qiymətlər müəyyən olunmalıdır. Qış turizmi ilə məşğul olan obyektlərə baş çəkən şəxslər keyfiyyətli xidmətlə rastlaşmadıqda, bunun müqabilində yüksək məbləğdə pul ödədikdə haqlı narazılıq yaranır.
Qış turizminin rəqabətə davamlı olması üçün bu sahənin inkişafı üçün əlverişli iqlimə malik olan bölgələrdə yeni məkanlar inşa edilməlidir.
Hazırda qeyd etdiyimiz zonalarda beşulduzlu otellər fəaliyyət göstərir. Düşünürəm ki, iki və üçulduzlu otellər də tikilməlidir ki, müştərilərin seçim imkanları çox olsun. Bununla həm də beşulduzlu otellərin qiymətləri ucuzlaşar, xidmət səviyyəsi yüksələr”.
İldən-ilə ölkəmizdə qış turizminə tələbatın artdığını vurğulayan M. Ağakərimov düşünür ki, Qax rayonunda da bu sahə formalaşdırıla bilər:
“Qaxın həm iqlimi, həm də relyefi buna imkan verir. Orada qış turizminin inkişafı üçün əsrarəngiz şərait var. Obyektlərin, turistik ərazilərin sayı artdıqda, sağlam rəqabət də formalaşır. Bu isə insanların istədikləri kimi, ucuz və keyfiyyətli xidmət görməsi ilə nəticələnər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024