Mobil versiya
Bakının qənbər daşlı yolları niyə yoxa çıxdı? – Rəsmi
Tarix: 22-11-2018 | Saat: 17:06
Bölmə:Ölkə | çapa göndər

Bakının qənbər daşlı yolları niyə yoxa çıxdı? – Rəsmi


Formula-1 yarışlarına görə xüsusi üsulla asfaltlanmış qənbər yolların heç bir zərər görməyəcəyini göstərmək üçün həmin yollardan biri olan Əziz Əliyev küçəsinin bir hissəsindən asfaltı yığışdırmışdıq. Bu prosesi işıqlandırmaq üçün jurnalistləri də dəvət etmişdik ki, həmin qənbər yolları asanlıqla köhnə vəziyyətinə qaytarmağın mümkün olduğunu göstərsinlər.

Bu sözləri Axar.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Formula-1 yarışları üçün Bakı Şəhər Halqasına daxil olan qənbər daşlarla örtülü küçələrə xüsusi üsulla döşənmiş asfaltın niyə yığışdırılmaması ilə bağlı danışarkən bildirib.

N.Arpadarainin sözlərinə görə, bu baxımdan heç bir narahatlığa əsas yoxdur və hazırda asfaltla örtülü olan qənbər daşlı yollar yenidən öz görkəminə qayıdacaq:

“Qənbər daşların üzərinə qoruyucu və müvəqqəti asfaltın vurulması asan proses deyil və uzun vaxt aparır. Əziz Əliyev küçəsində qənbər daşların üzərinə birincisi qoruyucu qat olmaqla bütövlükdə 4 qat asfalt çəkilib. Ümumi qalınlığı 25 santimetr təşkil edən konstruksiyada asfalt qatların arasına Almaniyadan xüsusi sifariş əsasında gətirilmiş torlar yerləşdirilib. Bu torlar asfaltın üzərinə düşən ağırlığı bərabər şəkildə paylamağa imkan yaradır, həmçinin qənbər daşları deformasiyaya məruz qalmaqdan qoruyur”.

N.Arpadarai bildirib ki, asfalt örtüyünün çəkilməsi zamanı qənbər daşların zərər görməməsi üçün bütün işlər yüksək həssaslıqla həyata keçirilib:

“Əmin ola bilərsiniz ki, şəhərin tarixi yollarına heç bir xələl gəlməyəcək. Sadəcə həmin asfaltın döşənmə prosesi uzun və bir qədər çətindir. Hər il baş tutacaq yarış üçün həmin asfaltı yığışdırıb, yarışöncəsi yenidən bərpa etmək vaxt və maliyyə itkisidir. Aprelin 27-29-da Bakı üçüncü dəfə Formula-1 yarışlarına ev sahibliyi etdi. Yarışlar tamamilə başa çatdıqdan sonra Niyazi və Əziz Əliyev küçələrindəki qənbər daşların üzərinə vurulmuş asfalt qatı tamamilə yığışdırılacaq”.

Qeyd edək ki, Bakının simvoluma çevrilən və əsasən, İçərişəhərin ətrafında qorunan qəmbər daşlı yolların asfalt örtüklə bağlanması və Formula-1 yarışlarından sonra sökülməməsi yanlış olaraq bu yolların bir də heç vaxt əvvəlki görkəminə qayıtmayacağı təəssüratı yaradıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə