Mobil versiya
“Azərbaycanda müəllimlik peşəsinin nüfuzu artır” - Nazir
Tarix: 22-11-2018 | Saat: 12:35
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Azərbaycanda müəllimlik peşəsinin nüfuzu artır” - Nazir



"Müəllimlik ixtisasları üzrə son 5 ildə ali təhsil müəssisələrinə qəbul olunanların topladıqları ballar ölkəmizdə müəllimlik peşəsinin artan nüfuzundan xəbər verir".

aia.az Report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, 2016-cı ildə qəbul imtahanlarında ibtidai sinif müəllimliyi ixtisasına daxil olanlardan cəmi bir nəfəri 500-dən çox bal taplayıb: "2018-ci ildə bu göstərici 235 nəfər təşkil edib. 2017-ci ilə nisbətən bu il 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı Kimya üzrə 2.7 dəfə, Riyaziyyat və İnformatika müəllimliyi üzrə 1.7 dəfə, Biologiya müəllimliyi üzrə 12.7 dəfə, Kimya və Bilogiya müəllimliyi üzrə 6.2 dəfə , İbtidai sinif müəllimliyi üzrə 4.4 dəfə artıb".

Nazirin sözlərinə görə, bütün bunlar həm yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması, həm də pedaqoji sahə üzrə elmi fəaliyyətin inkişafı barədə pozitiv proqnozlar verməyə əsas verir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024