Abel Məhərrəmov DEPRESSİYAYA DÜŞÜB... - Nə zənglərə cavab verir, nə də...
Tarix: 21-11-2018 | Saat: 12:02
Bölmə:Manşet / Ölkə | çapa göndər
Vəzifəsindən qovulan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun harada olması ilə bağlı ziddiyyətli məlumatlar dolaşır. Madriddəki “Eurostar Madrid” hotelində bərk içib Azərbaycan nümayəndə heyətinin üzvləri, konfransı təşkil edən Əli Evsenlə dava saldığı barədə xəbərlərdən dərhal sonra işdən qovulmasının Abel Məhərrəmova çox pis təsir etdiyi bildirilir.
Abel Məhərrəmovun hazırda Bakı ətrafındakı dəbdəbəli bağ evlərindən birində olduğu, telefonlara cavab vermədiyi xəbəri də var. Bu arada Abel Məhərrəmova universitetdəki ucu-bucağı olmayan kabinetini boşaltmaq üçün xəbər göndərilməsi haqda da məlumat yayılıb. Sabiq rektora kabineti boşaltmaq üçün 1 həftə vaxt verilməsi də gələn məlumatlar sırasındadır. Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi dövrdə özünə iri kabinet düzəldib. Həmin kabinetdə xüsusi hazırlanmış istirahət və qonaqlar üçün otaqların olduğu deyilir. Bildirilir ki, istirahət otağında Abel Məhərrəmovun çaxır kolleksiyası olan xüsusi ağacdan hazırlanmış mini bar da var. Həmin barın bahalı ağacdan olmaqla özəllikləri haqda belə iddialar var: - havanın temperaturunu 21 dərəcədən aşağı saxlayır, bu, çaxır saxlamaq üçün vacib şərtdir. Həmin bar kolleksiyadakı çaxırları qızdırıcıdan və ya günəş işığından qoruyur. Sabiq rektorun barında 100-ə yaxın əla növ şərabın saxlandığı və hər birinin çox bahalı olması deyilir. Belə barlarda temperaturu nizamlayıb, şərabları ən uyğun şəkildə illərlə qorumaq mümkündür. Abel Məhərrəmovun təkcə kabinetindəki kolleksiyasında saxladığı şərabların toplam qiymətinin 100 min manatı aşdığı iddia edilir.
Qeyd edək ki, A.Məhərrəmov işdən çıxarılması haqda xəbəri, özünün dediyinə görə, pedaqoji kollektivin iclasını keçirərkən alıb. Bundan sonra BDU-nun divarları arasında onu görən olmayıb. Beynəlxalq konfransda içib dava salmasından sonra Abel Məhərrəmovun İspaniyada səfir olan oğlunun karyerası da sual altına düşüb. Yayılan xəbərlərdə qeyd olunurdu ki, Abel Məhərrəmov həmin qalmaqallı konfransa gedərkən İspaniyaya çəlləklərdə 2 ton ağırlığında şərab aparıb. Həmin şərab İspaniyada ispan şərabı adı altında qablaşdırılıb və bu dəfə butulkalarda Bakıya qaytarılıb - Abel Məhərrəmovun restoran və şadlıq evlərində satılması nəzərdə tutulub. İspaniyadakı həmin məşum konfransa gəldikdə isə onu artıq 3 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası, Türkiyə əsilli biznesmen, bir vaxtlar Azərbaycanda iri biznesi olan Əli Evsen təşkil edir. Bu həmin Əl Evsendir ki, bir neçə il əvvəl barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi və İspaniyada həbs olunmuşdu. Əli Evsen Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin pullarının Avropada yuyulmasını təşkil etməkdə şübhəli bilinirdi.
Amma necə oldusa Evsen bu ittihamlardan sıyrılıb çıxa bildi və indi göründüyü kimi, İspaniyada öz adına fond təsis edib. “Evsen Foundation” kifayət qədər ambisiyalı işlərlə-beynəlxalq səviyyədə dini tolerantlıq və mədəniyyətlərarası dialoq formalaşdırmaqla məşğuldur. 2016-cı ildən Madriddə bu mövzuda konfranslar təşkil edir və hər dəfə konfransa Azərbaycandan şeyxülislam qudası ilə yanaşı müxtəlif dinlərin nümayəndələrini, Milli Məclisin üzvlərini və s. qatılır. Builki konfrans isə qalmaqalla, habelə Abel Məhərrəmovun vəzifədən çıxarılması ilə nəticələndi...
“Yeni Müsavat”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024