Mobil versiya
Nazirlik 136 minə yaxın ağac paylayıb
Tarix: 19-11-2018 | Saat: 17:51
Bölmə:Ölkə | çapa göndər

Nazirlik 136 minə yaxın ağac paylayıb



“Hər ailə ağac əksin” və “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara pulsuz ağac tinglərinin paylanması aksiyalarına başlanılıb və böyük maraqla qarşılandığına görə uğurla davam etdirilir.



Modern.az xəbər verir ki, Payız ağac əkini mövsümündə respublika üzrə keçirilən aksiyalar çərçivəsində vətəndaşlara, o cümlədən məktəblərə və bağçalara ümumilikdə 136 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.





Ölkəmizi yaşıl diyara çevirmək məqsədilə keçirilən bu aksiyalarda hər kəsi fəal olmağa çağırır, vətəndaşlarımıza ağac əkməyi, onlara qulluq etməyi və qorumağı tövsiyə edirik.





Bu aksiyalarda iştirak edən və yaşıllıqların salınmasına öz töhfəsini verən hər kəsə təşəkkürümüzü bildiririk.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024