Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR
Tarix: 14-11-2018 | Saat: 10:44
Bölmə:Ölkə | çapa göndər
istifadəyə verilmiş icazənin müddəti başa çatır. Bu tarixdən etibarən avtomobilində jalüzlərdən istifadə edən hansı sürücülərə güzəşt ola bilər?
Məsələ ilə bağlı danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, qeyd edilən tarixdən sonra avtomobilin yan arxa şüşələrinə jalüzlərdən istifadə edilən sürücülər cərimələnəcək.
"15 noyabrdan sonra nəqliyyat vasitələrinin yan arxa şüşələrində jalüzlərdən istifadənin icazə müddəti bitir. Həmin tarixdən sonra jalüzlərin istifadəsinə icazə verilmədiyinə görə hər hansı bir sürücü onları açmayıbsa, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə uyğun olaraq 150 manat miqdarında cərimə olunacaqlar”.
R.Quliyev deyib ki, nəqliyyat vasitələrinin şüşələrinin işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması nəzərə alınaraq, avtomobilin yan və ön şüşələrinə görüntünü məhdudlaşdıran örtük vuran sürücülər cərimələnəcək.
"Avtomobil şüşələrinin işıq ötürmə qabiliyyəti xüsusi cihazla ölçülür. Əgər avtomobilin şüşələrinin işıq ötürmə qabiliyyəti 70 faizdən azdırsa həmin avtomobil cərimə meydançasına aparılacaq. Arxa şüşələrdə plyonkadan, pərdədən və jalüzdən istifadəyə heç bir qadağa yoxdur”.
Şöbə rəisi sürücüləri qaydalara riayət etməyə çağırıb:
"Kütləvi İnformasiya Vasitələrindən sürücülərimizə səslənirik ki, qaydalara riayət etsinlər. Sürücülərimiz qaydaları pozmasa, yollarda tıxaclar da olmaz. Bir sürücünün kiçik bir qayda pozuntusu 100-lə sürücünün gecikməsinə səbəb olur. Sürücülər yalnız özlərini deyil, digər hərəkət iştirakçılarını da nəzərə almalıdırlar”.
Qeyd edək ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir.(modern.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024