Mobil versiya
“Samir Şərifovun universitetlərimizə etimadı yoxdur” - Təhsil eksperti nazirin fikrini PİSLƏDİ
Tarix: 13-11-2018 | Saat: 20:20
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Samir Şərifovun universitetlərimizə etimadı yoxdur” - Təhsil eksperti nazirin fikrini PİSLƏDİ


Maliyyə naziri Samir Şərifov 2019-cu ilin büdcə müzakirələri zamanı tələbə kreditlərin verilməsinə qarşı çıxıb. Nazir bildirib ki, tələbə krediti alanların gələcəkdə həmin vəsaiti geri qaytarması sual doğurur.

Ölkənin maliyyə qurumuna rəhbərlik edən rəsmi şəxsin bu cür çıxış etməsi cəmiyyətdə, xüsusəndə tələbə zümrəsində birmənalı qarşılanmayıb.


Təhsil eksperti Etibar Əliyev əməkdaşımızla söhbətdə bu məsələdən danışıb.


Etibar Əliyev hesab edir ki, bütün dünyada, xüsusən Boloniya bəyamnaməsinə üzv olan ölkələrin 90 faizində tələbə kreditləri verilir:

“Boloniya bəyamnaməsinə üzv olan ölkələrin 90 faizində tələbə kreditləri verilir. Bu kreditləri çox kiçik - 1-3 fazilə verirlər və uzunmüddətli olur. Bu o deməkdir ki, ölkənin bank sistemləri və yaxut maliyyə qurumlarının öz ali məktəblərinə etimadı var. Belə bir etimad mühiti yaradılıb. Həmin ölkələrdə düşünürlər ki, kredit alan məzunların böyük hissəsi nə vaxtsa işlə təmin olunacaq və aldıqları kretitləri kiçik faizlə geri qaytaracaqlar”.


Təhsil eksperti maliyyə naziri Samir Şərifovun belə çıxış etməsini onun bizim universitetlərə bel bağlamaması ilə izah edib:


“Maliyyə naziri Samir Şərifovun belə çıxış etməsi o deməkdir ki, o, bizim universitetlərimizə bel bağlamır. İnanmır ki, onların məzunları nə vaxtsa normal bir işlə təmin olunacaqlar və həmin kreditləri hissə-hissə geri qaytaracaqlar.
Samir Şərifovun çıxışından belə bir nəticəyə gəlmək olar ki, ölkəmizin maliyyə qurumlarının başında duranların universitetlərimizə etimadı yoxdur.

Mən hesab edirəm ki, tələbə kreditləri çox vacibdir. Bir müddət öncə “Maarifçi” Tələbə Kredit Fondu yaradıldı, amma ipoteka kreditlərinə oxşadı. Bu, ipoteka kreditlərinə oxşadığına görə, eyni zamanda faizləri yüksək olduğu üçün tələbələr ondan istifadə edə bilmədilər.
Bu gün Azərbaycanda tələbə yataqxanaları demək olar ki, yox səviyyəsindədir. Tələbələrin təhsil haqlarının ödənilməsində çətinlikləri var. Bu problemlərin aradan qaldırılması üçün birmənalı şəkildə tələbə kreditləri vacibdir. Çox təssüf hissi ilə qeyd etmək istəyirəm ki, maliyyə naziri Samir Şərifov bunu anlaya bilmir.
Bu, bizim gələcək hədəfə doğru getməyimizdə müəyyən çətinliklər yaradacaq. Bizim qarşımıza qoyulan əsas hədəf insan kapitalına doğru getməkdir. Samir Şərifovun tələbə kreditlərin əleyhinə çıxması insan kapitalının formalaşmasında müəyyən çətinliklər yaradacaq”.


E.Əliyev deyirb ki, tələbə kreditlərinin verilməsində Təhsil Nazirliyinin hər hansı səlahiyyəti yoxdur:


“Bu gün tələbə kreditlərinin verilməsində Təhsil Nazirliyi hər hansı bir səlahiyyət sahibi deyil. Təhsil Nazirliyinin tələbə kreditlərinin verilməsi üçün əli çatdığı yeganə qurum “Maarifçi” Tələbə Kredit Fondu idi. Bunun özü də müəyyən dövr üçün əhəmiyyətli ideya idi. Təssüflər olsun ki, ona çox etinadsız yanaşdılar. Tələbə kreditlərin verilməsində dövlət səxavətli olmalıdır. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu dövlət özü bilməlidir. Bu gün tələbələr həm təhsil haqlarının ödənilməsində, eyni zamanda digər məsələlərdə çox çətinliklər çəkirlər. Mən hesab edirəm ki, dövlət cəsarətli addımları atmaqla etibarlılığını gündəmə gətirməlidir. İstər dövlət, istərsə də özəl ali məktəbi bitirən gəncdə dərhal belə bir şübhə yaranır ki, bu kreditləri geri qaytarmaq mümkün olmayacaq.

Hesab edirəm ki, bir çox varlı banklar bu prosesə aktiv şəkildə qoşulmalıdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən əksər banklar “soğan olsun, nağd olsun” prinsipi ilə işləyir. Onların 4-5 ildən sonra geri qaytarılacaq kreditlərin verilməsinə dözümü yoxdur”.


Mail Ağaxanov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024