Mobil versiya
“DİM jurnalistlərin biliyini yoxlayacaq, inşa yazdıracaq” - İşçi Qrupunun sədri
Tarix: 13-11-2018 | Saat: 16:06
Bölmə:Təhsil | çapa göndər

“DİM jurnalistlərin biliyini yoxlayacaq, inşa yazdıracaq” - İşçi Qrupunun sədri


"Əgər təklifimiz qəbul olunsa, Dövlət İmtahan Mərkəzi jurnalistlərin, xüsusən teleaparıcıların, internet saytlarında çalışan jurnalistlərin bilik səviyyəsini yoxlaya, məsələn, inşa yazdıra bilər”.

Bunu BakuPost-a açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu bildirib.

Qeyd edək ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanına əsasən İşçi qrupu "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib. Tədbirlər Planında "Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” barədə bənd də yer alıb.

İşçi qrupunun sədri deyib ki, daha çox tənqidlərlə üzləşən teleaparıcıların attestasiyadan keçirilməsinə ehtiyac var: "Bu teleaparıcıların attestasiyadan keçirilməsinə ehtiyac var ki, Azərbaycan dilini hansı səviyyədə bildikləri üzə çıxarılsın. Problemlər daha çox teleməkanda, şifahi nitqdə özünü göstərir, jurnalist yazılarında bu problemlər o qədər də üzə çıxmır”.

Attestasiyadan keçə bilməyən jurnalistlərin taleyinə gəlincə, M. Nağısoylu qeyd edib ki, bu, artıq həmin teleaparıcıların, jurnalistlərin çalışdıqdarı KİV-lərin problemidir: "Ancaq onu da deyim ki, bu, hələ bizim tərəfimizdən irəli sürülən təklifdir. Tədbirlər Planının qəbul olunacaq yekun variantında bu təklifimizin əksini tapacağı, qəbul olunub-olunmayacağı hələ bilinmir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024