Mobil versiya
Bakıda camaata 8 min meyvə və həmişəyaşıl ağac tingləri paylanıldı - FOTO
Tarix: 13-11-2018 | Saat: 15:14
Bölmə:Təhsil | çapa göndər

Bakıda camaata 8 min meyvə və həmişəyaşıl ağac tingləri paylanıldı - FOTO


"Hər ailə ağac əksin" devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Xatırladaq ki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində "Hər ailə ağac əksin" devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı.

Qeyd edək ki, 17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə "Bir şagird bir ağac əksin və qorusun" devizi altında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024