Mobil versiya
Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI
Tarix: 13-11-2018 | Saat: 12:52
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI




Cari ilin oktyabr ayında sentyabra nisbətən ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma olub.

Manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində dəyişikliklər baş verməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024