Mobil versiya
Məhkumların əl işləri sərgiləndi - FOTO
Tarix: 12-11-2018 | Saat: 17:47
Bölmə:Ölkə | çapa göndər

Məhkumların əl işləri sərgiləndi - FOTO



“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamdan irəli gələn tələblərə əsasən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi prosesinin daha da genişləndirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanlarının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.



Modern.az xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan və məhkumların əl işlərindən ibarət sərgi məhz bu Sərəncamda nəzərə tutulmuş tədbirlərin davamıdır.



Millət vəkilləri, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar xidmətin cəzaşəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəislərinin iştirakı ilə keçirilən sərgidə nümayiş olunan məhkumların əl işləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgidə cəzaçəkmə müəssisələrində daha çox məhkumu ictimai faydalı əməyə cəlb etmək, istehsalat sahələrini genişləndirmək, eyni zamanda cəza çəkənləri müxtəlif peşə və məşğuliyyət sahələrinə yönəltmək, onlarda əmək vərdişləri formalaşdırmaq, mədəniyyət və incəsənətə maraq oyatmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən mühüm işlər həyata keçirildiyi vurğulanıb.





Məhkumların ictimai faydalı əməyə cəlb edilməsi azadlığa çıxdıqdan sonra onların cəmiyyətə daha tez adaptasiya olunmasına zəmin yaradır. Təsadüfi deyil ki, məhkumlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesi son vaxtlar daha da sürətlənmişdir. Bu məqsədlə həmin müəssisələrdə yeni istehsalat sahələrinin yaradılmasına və bu işə sahibkarların cəlb edilməsinə dair zəruri tədbirlər həyata keçirilib.



Penitensiar xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində toxuculuq, tikiş və xalçaçılıq üzrə istehsalat sahələrini inkişaf etdirmək üçün yeni xana dəzgahlarının quraşdırılması və işləyən məhkumların sayının artırılması buna bariz nümunədir.



Təqdirəlayiq haldır ki, Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələri yüngül əməyə cəlb etmək məqsədilə Penitensiar xidmətin təşəbbüsü və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyilə müəssisədə heykəltəraşlıq dərslərinin tədrisinə başlanılıb.



Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan ibarət sərgi istedadlı məhkumların ərsəyə gətirdikləri əl işlərinə olan marağın daha da artmasında, eyni zamanda cəzaçəkmə müəssisələrdəki istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesinə yerli və xarici sahibkarları cəlb edilməsində mühüm rol oynayacaqdır. Penitensiar xidmət tərəfindən bu istiqamətdə lazımı tədbirlərin gələcəkdə də davam etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024