Mobil versiya
Eldar Əzizov Bakının yağış problemini həll etmək üçün xarici mütəxəssislər cəlb etdi
Tarix: 08-11-2018 | Saat: 11:15
Bölmə:Manşet / Ölkə | çapa göndər

Eldar Əzizov Bakının yağış problemini həll etmək üçün xarici mütəxəssislər cəlb etdi



Dünən gecədən yağan yağış paytaxt Bakının yollarındakı vəziyyəti yenidən iflic edib. Mərkəzi və qəsəbələrarası küçərlərdə yağış sularının yaratdığı iri gölməçələr nəqliyyat vasitələri və piyadaların hərəkətində çətinliklər yaradıb.



Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələnin həlli gündəmdədir:



“Sentyabrın 23-də paytaxta yağan yağışın törətdiyi fəsadlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun tapşırıqlarına əsasən, yeni layihələrin hazırlanmasına başlanılıb.



Layihələr Bakı Şəhər İcra Hakimiyyəti sifarişi əsasında xarici mütəxəssislər cəlb olunmaqla, hazırlanır. Hazırda layihələrin hazırlanması başa çatmaq üzrədir. Layihə dövlət rəhbəri tərəfindən təsdiq olunduqdan sonra “Azərsu” ASC tərəfindən reallaşdırılacaq”.



Rəsmi məlumata görə, ötəndəfəki yağışdan sonra suyu qəbul edən xətlərin hamısı təmizlənib:

“Ümumilikdə, Bakını bu vəziyyətdən çıxarmaq üçün yeni layihələr icra olunmalıdır. Proses mümkün qədər sürətlə aparılır, amma böyük layihə olduğu üçün qısa müddətdə reallaşması mümkün deyil.

Bu gün şəhər həddindən artıq yüklənib, çoxsaylı yeni tikililər var. Amma kommunikasiya xətlərinin hamısı köhnədir. Onların haısının eynilənməsi müəyyən vaxt tələb edir”.



Qeyd olunub ki, yağıntı ilə əalqədar mərkəzə toplanan suların təmizlənməsi üçün təsərrüfat xidmətlərinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024