Mobil versiya
Səməd Seyidov “Büdcə zərfi”ni təriflədi
Tarix: 07-11-2018 | Saat: 11:35
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Səməd Seyidov “Büdcə zərfi”ni təriflədi


"Azərbaycanın dövlət büdcəsi sosialyönümlü büdcə kimi təqdim olunub. Büdcə həm də beynəlxalq münasibətləryönümlü büdcədir. Dünyada beynəlxalq münasibətlərimizlə ölkəmizin imicini ən yüksək səviyyədə təmsil edirik. Hazırda dünyada gedən proseslər faktiki sanksiyalar müharibəsini mövcud edir. Bu sanksiyalar müharibəsinin içərisində Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkə heç bir sanksiyaya məruz qalmayıb”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq və iqtisadi əlaqələrini ən yüksək səviyyədə təmin edib.

“Beynəlxalq sahəyə maliyyənin daha da artırılmasını istərdik. Büdcəyə baxdıqda bu, yüksələn xətlə inkişaf edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024