Mobil versiya
Azərbaycan “Lotu Quli”dən imtina etdi - Rusiyaya təhvil verilir
Tarix: 06-11-2018 | Saat: 11:13
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycan “Lotu Quli”dən imtina etdi - Rusiyaya təhvil verilir


Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun müqəddəratı bəlli olub.

aia.az Yenicag.az-a istinadən xəbər verir ki, Səlifovun Rusiyaya təhvil veriləcəyi dəqiqləşib.

Qarşıdakı günlərdə onun ekstradisiyası rəsmiləşəcək.

Qeyd edək ki, oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Nadir Səlifovun üzərindən Azərbaycan pasportu çıxıb. Bu səbəbdən "Lotu Quli”nin əvvəlcə ölkəmizə təhvil veriləcəyi gözlənilsə də, Azərbaycan tərəfi bundan imtina edib.

Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. Bu ittihamlarla Rusiya "Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024