Mobil versiya
Keşlə yenilənir, gözəlləşir
Tarix: 06-11-2018 | Saat: 10:14
Bölmə:Manşet / Ölkə | çapa göndər





Qəsəbə sakinləri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəliyinin bu istiqamətdə gördüyü işlərdən razılıq edirlər

Bakının qədim yaşayış massivlərindən biri olan Keşlə qəsəbəsi rəsmi olaraq 1936-cı ildə yaranmışdır. 1939-cu ildən əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi təxminən 43 min nəfərdən bir qədər artıqdır. Sakinlərin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Keşlədə yerləşən və mədəni-tarixi abidə olan Şah Abbas məscidi XVII əsrə aiddir.

Keşlə yenilənir, gözəlləşir


Son illər Keşlə qəsəbəsində aparılan abadlıq-quruculuq işləri getdikcə daha böyük vüsət almaqdadır. Sakinlər qəsəbənin ərazisinin abadlaşdırılması üçün müntəzəm keçirilən iməciliklərdə yaxından işrirak edirlər. Ümumiyyətlə Keşlə qəsəbəsində əhalini narahat edən məsələlərin aradan qaldırılması və onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. O cümlədən son bir neçə ildə qəsəbədə yerləşən uşaq bağçasının istiliklə təmin edilməsi üçün müasir tipli qazanxana inşa edilmiş, küçələrdə yeni kanalizasiya xətləri çəkilmiş, ərazidə qanunsuz küçə ticarətinin, torpaqların qanunsuz olaraq zəbt olunmasının, qeyri-qanuni tikinti işləri aparılmasının qarşısının alınması üçün tədbirlər görülmüşdür. Bununla əlaqədar müntəzəm olaraq reydlər keçirilir, aşkar olunmuş qanun pozuntuları aradan qaldırılır.Bu istiqamətdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən mütəmadi olaraq iş aparılır. Qeyd etmək lazımdır ki, RİH-nin Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyevin fəaliyyəti də qəsəbə sakinləri tərəfindən yüksək qiymətləndirilir. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Nizami RİH-nin rəhbərliyinin, eləcə də qəsəbə nümayəndəliyinin səyləri nəticəsində əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması üçün qəsəbədə 4600 nömrəlik ATS, yeni poçt binası tikilib istifadəyə verilmiş, 32 saylı şəhər xəstəxanası, uşaq poliklinikası, məscid əsaslı təmir olunmuşdur. Qəsəbənin qaz təchizatının yaxşılaşdırılması üçün köhnəlmiş qaz xətləri yeniləri ilə əvəz edilmiş, mənzillərdə elektrik sayğaclarının quraşdırılması işi başa çatdırılmışdır. Təkcə ötən il ərzindəBabək prospektindən başlayaraq Heydər Əliyev prospektinə qədər 1-ci Köndələn, D.Aslan küçələrinə 20000 kv.m. asfalt örtüyü çəkilib, səki daşları yenisi ilə əvəz edilib, hasarların, yol kənarında yerləşən müəssisələrin inzibatı binalarının və yaşayış evlərinin fasadları yenidən suvanaraq rənglənib, 500 ədəd Eldar şamı və 2000 ədəd bəzək kolu əkilib, 328 saylı məktəbin qarşısında 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.Qəsəbədə sahibkarlar tərəfindən müxtəlif iaşə və ticarət obyektləri, kiçik istehsal sahələri inşa edilib. Xüsusilə sakinlər qeyd edirlər ki, qəsəbədə sahibkarlığa qayğı güclənmiş, istehsal müəssisələrinin fəaliyyəti bərpa olunmuşdur. Nəticədə çox sayda yeni iş yerləri açılmışdır.



Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəliyinin fəaliyyətində daha bir təqdirəlayiq cəhət budur ki, qəsəbədə hər il Qurban və Novruz bayramlarında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, kimsəsiz və imkansız ailələrə bayram sovqatları verilir, Ramazan bayramında iftar süfrələri açılır, həmçinin qəsəbədə yaşayan aztəminatlı ailələrin sosial problemlərinin həlli yolunda müvafiq işlər görülür.

aia.az
Murad Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024