Mobil versiya
Metyu Brayza: Əliyev-Sarkisyan görüşü nəticə vermədi
Tarix: 22-12-2015 | Saat: 17:56
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Onlara Minsk qrupunun həmsədrlərinin köməyi lazımdır”.

Azərbaycan və Ermənistan prezidentlərinin Berndə baş tutan görüşü əhəmiyyətli nəticələr vermədi, tərəflər arasındakı gərginlik yüksək olaraq qalır, görüş çərçivəsində münaqişənin həlli üzrə yeni təkliflər edilməyib.

Aia.az xəbər verir ki, bu barədə Trend-ə çərşənbə axşamı ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub. Görüşdə həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi də iştirak edib

“Amma iki dövlətin rəhbərlərinin görüş keçirmələri, bu an üçün müsbət andır, amma nəticələr əldə etmək üçün onlara Minsk qrupunun həmsədrlərinin köməyi lazımdır”, - o deyib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin bu yaxınlarda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejiminin “XİN rəhbəri” ilə baş tutan görüşü barədə sualı şərh edərkən, Brayza qeyd edib ki, həmsədrlər hər zaman regiona səfər zamanı Dağlıq Qarabağın “de-fakto hakimiyyəti” ilə görüşürlər.

“Bu görüşlər Xankəndidə keçirildiyi zaman normaldır, ancaq Vaşinqtonda olsaydı başqa məsələ. Mən həmsədr olsaydım, bunu etməzdim, mən bunun ABŞ-ın Dağlıq Qarabağı tanıması haqqında yanlış siqnal kimi qəbul ediləcəyini düşünərdim”, - o deyib.

Brayza həmçinin deyib ki, bu, Uorlikin erməniyönümlü əhvalda olmasını düşünmək üçün səbəb deyil.

“Mən səfir Uorliki yaxşı tanıyıram, o nə erməniyönümlü, nə də Azərbaycanyönümlüdür, o, sadəcə qərar qəbul edib, bununla razılaşmamaq da olar”, - Brayza deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024