Mobil versiya
Bakı əhalisi 9 ayda ərzaq və qeyri-ərzağa 14 milyard manat xərcləyib
Tarix: 31-10-2018 | Saat: 15:06
Bölmə:Ölkə | çapa göndər

Bakı əhalisi 9 ayda ərzaq və qeyri-ərzağa 14 milyard manat xərcləyib


2018-ci ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- sentyabr ayları ilə müqayisədə 3,3 faiz artaraq 14 milyard 188,7 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 6 milyard 441,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,3 faiz artaraq 7 milyard 747,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 28,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,2 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024