Mobil versiya
300-dən çox şəhid ailəsinin sənədi ödəniş üçün nazirliyə GÖNDƏRİLDİ
Tarix: 31-10-2018 | Saat: 11:34
Bölmə:Ölkə | çapa göndər

300-dən çox şəhid ailəsinin sənədi ödəniş üçün nazirliyə GÖNDƏRİLDİ


Şəhid hərbi qulluqçuların vərəsələrindən artıq 96 faizi birdəfəliködəməni almaq hüququnun olduğunu öyrənib.



Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, artıq 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notarial qaydada qəbul olunaraq ödəniş aparılması üçün nazirliyə göndərilib.

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi üçün notariat kontorlarında sənədlərin qəbulu prosesi davam edir.

Vərəsələr 2018-ci ilin 9 oktyabr tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (http://www.mlspp.gov.az) fəaliyyət göstərən “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, sorğu-axtarış edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrindən artıq 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

Dövlət başçısının qeyd olunan Fərmanın icrası olaraq, birdəfəlik ödəmənin çevik, şəffaf və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə verilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanmış Qaydalara əsasən, həmin ödəmənin alınması üçün sənədlərin “bir pəncərə” prinsipi əsasında, yəni yalnız notariat orqanları tərəfindən qəbul edilməsi həyata keçirilir.

İndiyədək artıq 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notariat kontorlarında qəbul olunaraq birdəfəlik ödənişin həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada göndərilib. İlin sonuna qədər nazirlik tərəfindən həmin ödəmələrin vətəndaşların təqdim etdikləri bank hesablarına köçürülməsinə başlanacaq.

Bununla yanaşı, şəhid hərbi qulluqçuların vərəsələrindən əvvəllər sığorta ödənişi edilmiş bir qismi bu ödənişi almadıqları iddiası ilə Nazirliyə və digər dövlət orqanlarına müraciət edib. Həmin şəxslər – ümumilikdə 117 şəhid hərbi qulluqçunun vərəsələri nazirlikdə qəbul olunaraq, şikayətləri qeydə alınıb. Müvafiq araşdırma aparılmaqla, onlardan artıq 70 şəhid hərbi qulluqçunun vərəsəsinin sığorta ödənişini aldığını təsdiq edən sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən əldə edilərək şikayətçilərə təqdim olunub. Digər 47 şəhid hərbi qulluqçunun vərəsələrinin şikayətlərinin araşdırılması davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024