Mobil versiya
Tanınmış prodüser məhkəmə zalında həbs edildi
Tarix: 30-10-2018 | Saat: 16:51
Bölmə:Aia TV / Şou-biznes | çapa göndər

Tanınmış prodüser məhkəmə zalında həbs edildi


İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Modern.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.



Hökmə əsasən T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan təbdiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib.



Qeyd edək ki, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.



İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024